Icma.az
close
up
RU
Azərbaycanda sosial şəbəkələrin nə qədər istifadəçisi var? Siyahı

Azərbaycanda sosial şəbəkələrin nə qədər istifadəçisi var? Siyahı

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Azərbaycanda 9,23 milyon internet istifadəçisi olub və bu ümumi əhalinin 89%-nə bərabər olub.
Yeniavaz.com
“DataReportal”ın təqdim etdiyi məlumatlara istinadən bildirir ki, Azərbaycanda 6,73 milyon sosial media istifadəçisi olub ki, bu da ümumi əhalinin 64,9%-ini təşkil edib.
Azərbaycanda sosial şəbəkə istifadəçilərinin 42,4%-ini qadınlar, 57,6%-ini isə kişilər təşkil edib.
“Meta”nın məlumatları göstərir ki, “Facebook”un Azərbaycanda 1,65 milyon istifadəçisi olub. Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 2024-cü ilin yanvarından 2025-ci ilin yanvarına qədər 50 min artıb.
Azərbaycanda “Facebook”dan istifadə edənlərin 34,6%-ini qadınlar, 65,4%-ini isə kişilər təşkil edib.
“Meta”nın digər bir məlumatında isə göstərilir ki, “Instagram”ın Azərbaycanda 4,10 milyon istifadəçisi olub və 2024-cü ilin yanvarından 2025-ci ilin yanvarına qədər bu say 50 min artıb.
Azərbaycanda “Instagram”dan istifadə edənlərin 47,6%-ini qadınlar, 52,4%-ini isə kişilər təşkil edib.
“TikTok” platformasının sahibi olan “ByteDance Ltd”nin məlumatına görə, Azərbaycanda “TikTok”un 6,73 milyon istifadəçisi var. “TikTok” istifadəçiləri Azərbaycanda 18 və yuxarı yaşda olan ümumi əhalinin 87,7%-inə çatıb.  Azərbaycanda “TikTok”dan istifadə edənlərin 42,4%-ini qadınlar, 57,6%-ini isə kişilər təşkil edib.
“Linkedin” sosial şəbəkəsinin Azərbaycanda 1,1 milyon istifadəçisi olub və bu, ümumi əhalinin 10,6%-inə bərabər olub. 2024-cü ilin əvvəli ilə 2025-ci ilin əvvəli arasında Azərbaycanda “Linkedin” istifadəçilərinin sayı 270 min artıb.
Azərbaycanda “Linkedin” istifadəçilərinin 38,9%-ini qadınlar, 61,1%-ini isə kişilər təşkil edib.
“X” (keçmiş – “Twitter”) platformasının məlumatında isə göstərilir ki, “X”in Azərbaycanda 312 min istifadəçisi olub. Bu rəqəm o deməkdir ki, Azərbaycanda ümumi əhalinin 3%-i “X” istifadəçisidir.
2024-cü ilin əvvəli ilə 2025-ci ilin əvvəli arasında “X”in istifadəçilərinin sayı 56,2 min artıb. “X”in Azərbaycandakı istifadəçilərinin 32,9%-ini qadınlar, 67,1%-ini isə kişilər təşkil edib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:687
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 03 Avqust 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri