Azərbaycanda su ehtiyatları ilə bağlı gələn il üçün planlar müzakirə olunub
Icma.az bildirir, Report.az portalına istinadən.
Azərbaycanda yaz və yay aylarında havaların qeyri-sabit keçməsinə baxmayaraq, həyata keçirilən tədbirlər nəticəsində su anbarlarında kifayət qədər ehtiyat toplanılb və əhalinin içməli su ilə təchizatı, eləcə də əkin sahələrinin suvarılması sahəsində ciddi problemlər yoxdur.
“Report” xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri Zakir Quliyev onun rəhbərliyi ilə tabeli qurumlarla keçirilən videokonfrans zamanı deyib.
Konfransda 2024-cü ilin yekunları və gələn il üçün qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Tədbir zamanı tabeliyindəki təşkilatların rəhbərlərinin hesabatları dinlənilib.
Z.Quliyev, ilin başa çatmasına az qaldığını vurğulayaraq 2025-cü il üçün planlaşdırılmış tədbirlərin vaxtında icrasının vacibliyini bildirib.
İdarə Heyəti sədrinin müavinləri və şöbə müdirləri görülən işlər, mövcud problemlər və onların həlli yolları barədə məlumat veriblər. Növbəti il üçün qarşıda duran vəzifələr yerli istismar idarələri ilə birgə müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 24 Dekabr 2024 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















