Azərbaycanda süni intellektin köməyi ilə diaqnozlar qoyula bilərmi? RƏSMİ
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Süni intellektin sürətlə inkişaf etdiyi bir dövrdə onun tibb sahəsində rolu xüsusi diqqət çəkir.
BAKU.WS-in məlumatına görə, artıq bir çox ölkələrdə diaqnostika, xəstəliklərin erkən aşkar edilməsi, tibbi görüntülərin təhlili və xəstə məlumatlarının idarə edilməsi kimi proseslərdə süni intellekt sistemlərinin tətbiqi real nəticələr verir.
Klinik qərarvermə mərhələsində böyük məlumat bazalarını saniyələr içində analiz edə bilməsi süni intellekti həkimlər üçün güclü köməkçiyə çevirir.
Bu texnologiyanın genişlənməsi fonunda sual yaranır ki, ölkəmizdə süni intellekt gələcəkdə diaqnoz və müalicə qərarlarında tibbi personalın yükünü əhəmiyyətli dərəcədə azalda bilərmi?
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, dünyada səhiyyə sahəsində də yeniliklər, müasir yanaşmalar, innovasiyaların tətbiqi mühüm əhəmiyyət kəsb edir:
"Süni intellekt sistemlərinin tibb müəssisələrində tam fəaliyyət göstərə bilməsi üçün müvafiq inteqrasiya planları nəzərdə tutulub. Bu planda Xəstəxana İdarəetmə Sistemi (XİS və ya EHR) ilə inteqrasiya, məlumatların real vaxtda AI modelləri tərəfindən təhlili və avtomatik tövsiyələr təqdim edilməsi, tibbi avadanlıqlarla əlaqələndirilmə, görüntülərin avtomatik analizi və diaqnostik qərar dəstəyi kimi proseslərin icra olunması və nəticədə süni intellektin üstünlüklərindən əhaliyə daha keyfiyyətli və innovativ tibbi xidmət göstərilməsi nəzərdən keçirilir".
Orxan Hüseyn
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 20 Noyabr 2025 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















