Süni intellektin köməyi ilə görünməz dron hazırlanıb
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-nin Northwestern Universitetinin alimləri insan gözü üçün demək olar ki, görünməz olan eksperimental "Phantom Twist" dronunu hazırlayıblar. Layihədə süni intellektdən istifadə edilməklə dronun konstruksiyası elə optimallaşdırılıb ki, yüksək sürətlə işləyərkən onu adi gözlə seçmək olduqca çətinləşir.
AZƏRTAC xəbər verir ki, yeni texnologiyanın prinsipi yüksək sürətlə fırlanan ventilyator qanadlarının gözlə seçilməməsinə bənzəyir. Tək mühərrik və bir pər ilə təchiz edilən prototip saniyədə 25 dövrə vuraraq hərəkət edir və bu zaman insan görmə qabiliyyəti onu aydın şəkildə qavraya bilmir.
Layihənin hazırlanması zamanı tədqiqatçılar kompüter modelləri vasitəsilə təxminən 20 min fərqli konstruksiya variantı yaradıblar. Daha sonra süni intellekt alqoritmləri hər bir modeli təhlil edərək batareya, mühərrik, elektron lövhə və tarazlaşdırıcı elementlərin yerləşməsini optimallaşdırıb.
Virtual prototiplər həmçinin 100 müxtəlif mühitdə sınaqdan keçirilib. Alimlərin sözlərinə görə, nəticədə “Phantom Twist” adi kvadrokopterlə müqayisədə təxminən on dəfə daha az görünən olub.
Tədqiqatçılar hesab edirlər ki, bu texnologiyadan hərbi sahə ilə yanaşı, mülki məqsədlər üçün də istifadə etmək mümkündür. Xüsusilə vəhşi təbiət mütəxəssisləri heyvanları onları narahat etmədən daha rahat müşahidə edə bilərlər. Bunun üçün gələcək versiyalarda dronun səs-küy səviyyəsinin daha da azaldılması planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:198
Bu xəbər 18 İyul 2026 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















