Azərbaycanda süni intellektlə bağlı qanun layihəsi hazırlanır
Icma.az bildirir, 525.az portalına istinadən.
Azərbaycanda süni intellektlə bağlı qanun layihəsi hazırlanır.
525.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentin bugünkü plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
O qeyd edib ki, hazırda bu istiqamətdə müvafiq işlər davam etdirilir:
"Süni intellekt vasitəsilə hazırlanmış foto, video və audio materialların nişanlanmadan yayılmasına görə məsuliyyətin tətbiqi vacibdir. Hesab edirəm ki, yalnız bu cür materialları yayanlar deyil, eyni zamanda onları nişanlanma olmadan hazırlayan və yayılmasına şərait yaradan fiziki və hüquqi şəxslər üçün də inzibati məsuliyyət müəyyən edilməlidir".
Azay Quliyev əlavə edib ki, indiki mərhələdə olmasa belə, gələcəkdə məsələyə yenidən qayıtmaq olar:
"Hazırda müvafiq qurumlar tərəfindən "Süni intellekt haqqında" ayrıca qanun layihəsi üzərində iş gedir və irəli sürdüyüm təklifə bu çərçivədə də baxmaq olar".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 10 Aprel 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















