Icma.az
close
up
RU
Azərbaycanda virtual pul olacaq Qanun layihəsi hazırlanır

Azərbaycanda virtual pul olacaq Qanun layihəsi hazırlanır

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Son illərdə dünya üzrə kriptovalyutalara maraq sürətlə artır. Rəqəmsal iqtisadiyyatın inkişafı fonunda bu sahənin tənzimlənməsi və kriptovalyutaların hüquqi statusu bir çox ölkələrin gündəmindədir. Azərbaycanda da bu istiqamətdə addımlar atılır. 

Bəs kriptovalyutalar ölkəmizdə rəsmi ödəniş vasitəsi kimi tanına bilərmi? Rəqəmsal manatın tətbiqi nə vaxt reallaşacaq?

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüzün sözlərinə görə, bu barədə qanun hazırlanır.

“Ötən gün Mərkəzi Bankın sədri Taleh Kazımovun ekspertlərlə görüşundə mənim diqqət yetiridyim məsələlərdən biri də virtual aktivlərlə (kriptovalyuta, tokenlər, NFT və s.), kriptovalyuta bazarının tənzimlənməsi ilə bağlı olub. Mərkəzi Bank sədri virtual aktivlərlə bağlı qanunun hazırlanmaqda olduğunu və qısa müddətdə başa çatdırılacağını bildirdi. Bu qanun ölkəmizdə kriptovalyuta mühitini xeyli dəyişəcək. Məhz bu qanun kripto birjaların və bu tip platformaların qeydiyyatı və xarici kripto-platformaların Azərbaycanda fəaliyyəti üçün mühitin yaradılması, kriptoların rəsmi pul vahidi və ya ödəniş vasitəsi kimi tanınması, kriptovalyutalardan əldə olunan gəlirlərin vergiyə cəlb edilməsi və s. bu tip məsələləri tənzimləyəcək”.

O.Gündüz xatırladıb ki, MDB məkanında Rusiyada, Qazaxıstanda, Özbəkistanda və Belarusda bu sektorun tənzimlənməsi ilə bağlı qanunlar və hüquqi normalar mövcuddur.

Mütəxəssis qeyd edib ki, Mərkəzi Bank rəqəmsal manata daha fərqli və daha konservativ yanaşır:

“Taleh müəllimin dediyindən belə anladım ki, rəqəmsal manatın dövriyyəyə buraxılmasına virtual aktivlər çərçivəsində deyil, daha məhdud çərçivədə baxılır. Hazırda Mərkəzi Bank digər ölkələrdə rəqəmsal milli valyutalarla bağlı mövcud təcrübənin araşdırılması və öyrənilməsilə də məşğuldur. Gələn il rəqəmsal manatla bağlı işlərin daha da sürətlənəcəyi gözlənilir”.

Firuzə Əliyeva
Sfera.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://sfera.az
archiveBu xəbər 24 İyul 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri