Icma.az
close
up
RU
Azərbaycanda süni mayalanma niyə bahadır?

Azərbaycanda süni mayalanma niyə bahadır?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Hazırda dünyada süni mayalanma yolu ilə doğulan uşaqların sayı səkkiz milyondan çoxdur. Azərbaycana gəlincə, 2022-ci ildə açıqlanan rəsmi məlumata görə, 85 000-90 000 süni mayalanma icra olunub. Təkcə son dörd ildə ölkədə 1632 uşaq süni mayalanma nəticəsində dünyaya gəlib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda 392 qadın süni mayalanma yolu ilə uşaq dünyaya gətirib. Bu, 2023-cü illə müqayisədə 62 nəfər azdır. Statistikaya nəzər yetirdikdə, 2021-ci ildə 391, 2022-ci ildə isə 395 qadının hamiləliyi süni mayalanma nəticəsində uğurla yekunlaşıb.

Bu azalma tendensiyası "ölkədə süni mayalanma ilə bağlı vəziyyət necədir?” sualını gündəmə gətirir. Maraqlıdır, bu sahədə hansı problemlər var? Azalmanın səbəbi nədən ibarətdir? Qiymətlər necə dəyişir?

Dünyada süni mayalanma ilk dəfə 1978-ci ildə, Azərbaycanda isə 2004-cü ildə tətbiq edilib. Hazırda dünyada süni mayalanma yolu ilə doğulan uşaqların sayı 8 milyondan çoxdur. Azərbaycana gəlincə, 2022-ci ildə açıqlanan rəsmi məlumata görə 85 000-90 000 süni mayalanma icra olunub. Təkcə son dörd ildə ölkədə 1632 uşaq süni mayalanma nəticəsində dünyaya gəlib.

Uzman mama-ginekoloq Rəşad Sultan bildirir ki, rəqəmlərdəki azalma birbaşa mənfi tendensiya kimi qəbul edilməməlidir: "Burada əsas meyar süni mayalanmanın təbii hamiləliklərə olan nisbətidir. Əgər ölkədə ümumilikdə evliliklərin, hamiləliklərin və doğuşların sayı azalırsa, süni mayalanma halları da təbii olaraq azalacaq. Digər tərəfdən, ola bilər ki, həkimlərimiz təbii yolla müalicədə daha çox uğur əldə edirlər və bu səbəbdən xəstələr süni mayalanmaya müraciət etməyə ehtiyac duymurlar. Bu, müsbət tərəfdir. Amma mənfi tərəfi də var. Bəzən ehtiyacı olan xəstələr maddi imkanları olmadığı üçün bu proseduru həyata keçirməkdən imtina edirlər. Yəni göstəriş olduğu halda belə, maliyyə məhdudiyyəti insanları geri çəkir”.

Mütəxəssis Azərbaycanda süni mayalanma sahəsində ən böyük problemin "Reproduktiv sağlamlıq haqqında” qanunun hələ də qəbul olunmaması olduğunu vurğulayır: "Süni mayalanma nəticəsində bir insan dünyaya gəlir, lakin bu proseslə bağlı hüquqi tənzimləmə yoxdur. Bu, həm həkimlər, həm pasiyentlər, həm də cəmiyyət üçün ciddi problemlər yarada bilir.

Məsələn, donor məsələsi qanunvericiliklə tənzimlənmir. Əgər qanun qəbul olunsa, bu həm ictimai etimadı artırar, həm də gələcəkdə yarana biləcək hüquqi mübahisələrin qarşısını alar. Qanun həkimlər üçün də müdafiə mexanizmi rolunu oynayar, çünki sabah məhkəməyə şahid kimi çağırılanda qanuni çərçivəyə istinad etmək mümkün olar. Ən vacibi isə qanun mühafizəkar yanaşmaların doğurduğu yanlış fikirləri də aradan qaldırar. İnsanlar bəzən elə düşünürlər ki, süni mayalanmada mütləq başqasının spermatozoidindən və ya yumurtasından istifadə edilir. Halbuki bu, yalnız xüsusi hallarda baş verir və bütün mərhələlər həkim nəzarətindədir”.

Mütəxəssisin sözlərinə görə, qiymət məsələsi də ciddi problemdir. Hazırda Azərbaycanda heç bir əlavə prosedur olmadan süni mayalanmanın qiyməti, dərmanlar daxil olmaqla, 2500-4000 manat arasında dəyişir: "Əgər donor istifadə olunursa, müalicəyə əlavə olaraq 1500-2000 manat xərclənir. Daha yüksək texnoloji yanaşma tələb edən preimplantasion genetik diaqnostika tətbiq edildikdə isə bu xidmətin standart qiyməti 2000 dollardır”.

Rəşad Sultan deyir ki, bu rəqəmlər bazar tərəfindən müəyyənləşdirilir və hər klinika, həkim öz qiymət siyasətini formalaşdırır: "Qiymət xəstədən-xəstəyə dəyişir. Çünki hər bir pasiyentin diaqnostika və müalicə planı fərqlidir. Amma ortaq məqam odur ki, prosedur bahalıdır və bu da insanların qərarına birbaşa təsir göstərir”.

Süni mayalanma üzrə mütəxəssis, cərrah mama-ginekoloq Arzu Məmmədova hesab edir ki, rəsmi statistikalardakı azalma reallığı tam əks etdirmir. Onun sözlərinə görə, azalma daha çox xəstələrin müxtəlif həkimlər arasında yayılması ilə bağlıdır: "Əvvəllər Azərbaycanda bu işlə cəmi 4-5 mərkəz məşğul olurdu. İndi isə bu sahədə fəaliyyət göstərən mərkəzlərin sayı xeyli artıb. Xəstələr artıq müxtəlif həkimlərə müraciət edirlər və onların statistikasını hər zaman aparmaq mümkün olmur”. 

Onun sözlərinə görə, əslində son illərdə süni mayalanmaya müraciət edənlərin sayı azalmaq əvəzinə artıb: "Bəzi həkimlərin bu sahədə lisenziyası yoxdur. Bəzən adi ginekoloqlar da süni mayalanma edir, sadəcə qeydiyyat aparılmır".

Mütəxəssis qeyd edir ki, cəmiyyətdə süni mayalanmaya münasibət də dəyişib: "On il əvvəl xəstələr bu məsələni gizlətməyə çalışırdı. Hətta ehtiyac olduğu halda belə, bəziləri proseduru etdirməkdən çəkinirdi. İndi isə süni mayalanma adi tibbi prosedur kimi qəbul olunur. Xəstə müalicəyə gəlir, müalicə olunur, müalicə üsulu da süni mayalanmadır".

Onun fikrincə, bu sahədə əsas çətinlik maliyyə məsələsidir: "Dərmanlar ölkəmizdə istehsal olunmur və müxtəlif xarici ölkələrdən gətirilir. Son illər dərman vasitələrinin qiymətləri xeyli bahalaşıb".

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə süni mayalanma yolu ilə uşaq dünyaya gətirən qadınların sayının azalmasını daha çox prosedurun bahalı olması ilə əlaqələndirir: "Süni mayalanma sığorta tərəfindən qarşılanmayan, bahalı prosedurdur və vətəndaşlar onu öz hesablarına etdirməli olurlar. Hətta mayalanma baş tutmadıqda belə xərclər geri qaytarılmır, çünki proses çoxsaylı tibbi mərhələlərdən ibarətdir və xeyli maliyyə tələb edir. Bəzən uğurlu nəticə əldə etmək üçün vətəndaşa bu əməliyyatı 2-3 dəfə etdirmək lazım gəlir. Bu isə maddi imkanları məhdud olan ailələr üçün ciddi maneəyə çevrilir”.

Adil Qeybulla onu da vurğulayır ki, mövcud ekoloji faktorlar təbii mayalanma prosesinə mənfi təsir göstərir: "Əslində son illərdə hamiləliyin baş tutması və normal sona çatdırılması ilə bağlı problemlərin artması süni mayalanmaya olan ehtiyacı daha da aktuallaşdırıb. Hazırda surroqat ana proqramları və uşağın xüsusi şəraitdə bəslənməsi ilə bağlı ciddi klinik tədqiqatlar aparılır. Bu, xüsusilə hamiləliyi gəzdirə bilməyən, amma övlad sahibi olmaq istəyən qadınlar üçün mühüm imkan yaradır. Belə elmi-tədqiqat işləri davam edir, çünki bu ehtiyac bütün dünyada realdır və artmaqdadır”.

Mənbə: "Kaspi" qəzeti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:315
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Sentyabr 2025 09:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

03 İyul 2026 18:51see330

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

03 İyul 2026 21:20see293

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

04 İyul 2026 06:44see267

DÇ 26: Kolumbiya 1/8 finala yüksəlib

04 İyul 2026 07:38see260

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

04 İyul 2026 03:52see259

Rəqəmsal inkişafda yeni dövr

04 İyul 2026 13:15see243

Bunlar saç tökülməsini artırır Həkim səbəbləri açıqladı

03 İyul 2026 22:22see243

Ötən ay Bakı metrosundan istifadə edən sərnişinlərin sayı 7% artıb

03 İyul 2026 18:41see209

Qubada çörəyin qiyməti niyə qalxıb? VİDEO

04 İyul 2026 06:48see196

Süni intellekt iqtisadiyyata necə təsir edəcək? Ekspertdən açıqlama

03 İyul 2026 18:10see178

DÇ 2026 1/8 final cütü: Argentina Misir

04 İyul 2026 05:02see174

Süni intellekt inqilabı Azərbaycan üçün regional liderlik fürsəti yaradır

04 İyul 2026 10:58see169

Hikmət Hacıyevdən PAYLAŞIM: “Müstəqillik Gününüz mübarək!” FOTO

03 İyul 2026 22:51see167

Emiliano Martines yenə saçlarında Argentina bayrağı ilə oynayacaq

04 İyul 2026 01:48see166

Amerikalı təsisçidən ŞOK İDDİA: Papa Çin kommunistləri üçün işləyir

03 İyul 2026 23:54see162

Sumqayıtda 48 yaşlı kişi dərmanın qurbanı oldu

03 İyul 2026 23:55see161

Həftəsonu oyunlar bu kanallarda AFİŞA

04 İyul 2026 03:58see161

ABŞ dakı dostlarımızı ürəkdən təbrik edirik Hacıyev

03 İyul 2026 22:52see158

Ölüm qorxusu ən çox bu yaşlarda hiss olunur

04 İyul 2026 09:57see151

“Neftçi”nin əvəzediciləri Azərbaycan çempionu oldu

04 İyul 2026 00:55see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri