Icma.az
close
up
RU
Azərbaycanda Superkompüter Mərkəzi qurulur Səbəb

Azərbaycanda Superkompüter Mərkəzi qurulur Səbəb

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

"Azərbaycanda süni intellektin inkişafı məqsədilə iki iri texnoloji infrastruktur layihəsi, Superkompüter Mərkəzləri qurulur. Bu mərkəzlər həm dövlət sektoruna, həm də startap və innovativ biznes subyektlərinə süni intellekt layihələrinin icrası üçün texnoloji dəstək göstərmək məqsədi daşıyır".

Sfera.az xəbər verir ki, bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz məlumat verib. Onun sözlərinə əsasən, 2 mərkəz yaradılacaq.


“Birinci mərkəz İqtisadiyyat Nazirliyinin dəstəyi ilə CASPEL şirkəti tərəfindən inşa olunur və yalnız dövlət qurumlarının, elmi tədqiqat qurumların süni intellekt layihələri üçün nəzərdə tutulub. Artıq bütün dövlət qurumlarına bununla bağlı müraciətlər göndərilib.


Layihənin əsas icra tərəfi İN-in İKT Departamentidir. Bu mərkəzə 20 milyon manat büdcə ayrılıb, Dell texnologiyası üzərində qurulur və NVIDIA H200 GPU-lar ilə təchiz olunur.


Təşkilatçılar layihənin ən çətin mərhələlərdən biri olan, ABŞ-dən NVIDIA-nın GPU çiplərinin lisenziyasının əldə olunmasını da artıq tamamlanyıblar. Hazırda xidmətlərin dizaynı və tarifləri üzərində işlər gedir. Yaxın günlərdə açılışı nəzərdə tutulub".

O.Gündüz qeyd edib ki, ikinci Superkompüter Mərkəzi isə “AzInTelecom” tərəfindən qurulur:

"7 milyon manatlıq tender artıq başa çatıb, lakin mərkəzin tikintisini həyata keçirəcək şirkətin adı hələ açıqlanmayıb. Bu mərkəzin "Lenovo" texnologiyası üzərində qurulması və NVIDIA H200 GPU-ları ilə təchiz olunması planlaşdırılır. ABŞ-dən GPU lisenziyalarının əldə olunması ilə bağlı isə hələlik məlumat verilməyib. 


İkinci mərkəzin əsas istifadəçiləri kimi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində fəaliyyət göstərən AI Lab, həmçinin startaplar və innovasiya sektorunun iştirakçıları nəzərdə tutulur. Qeyd edək ki, Süni İntellekt Akademiyası da məhz AI Lab tərəfindən təsis edilir”.


O.Gündüz bildirib ki, tariflərlə bağlı yekun qərarlar hələ verilməyib. Lakin bu məsələ İRİA-da keçirilən son görüşdə müzakirə olunub və təkliflər artıq təqdim edilib. Prezident tərəfindən təsdiqlənən süni intellekt strategiyasında məhz belə superkompüter mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdu və bu istiqamətdə real addımların atılması təqdirəlayiqdir.


Onun fikrincə, dövlət qurumlarının süni intellekt layihələrinin xarici resurslarda saxlanılması müəyyən risklər yaradır. Eyni zamanda, startaplar və özəl sektor üçün xarici platformalarda GPU əsaslı süni intellekt modellərinin yerləşdirilməsi ciddi maliyyə xərcləri tələb edir.


“Bu baxımdan hər iki mərkəzin şəffaf, açıq və rəqabətqabiliyyətli olması, həm dövlət, həm də özəl sektor üçün əlçatan tariflərlə xidmət göstərməsi süni intellekt ekosisteminin inkişafına mühüm töhfə verəcək”, – deyə O.Gündüz bildirib.

Bəsti Rəfizadə
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://sfera.az
archiveBu xəbər 02 May 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri