Icma.az
close
up
RU
“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurdu Video

“AzInTelecom” Azərbaycanda ilk Superkompüter Mərkəzi qurdu Video

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC Azərbaycanda Superkompüter Mərkəzi qurub.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Prezidentinin 2025-ci il 19 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025 – 2028-ci illər üçün süni intellekt Strategiyası”na əsasən mərkəz süni intellekt layihələrinin həyata keçirilməsi, Azərbaycanın süni intellekt sahəsində inkişafını sürətləndirmək və rəqəmsal inkişafa təkan vermək məqsədilə yaradılıb.

Əsasən innovasiya subyektləri, biznes və dövlət layihələri üçün nəzərdə tutulan Mərkəzdə “NVIDIA H200 GPU” çiplərindən istifadə edilməklə adi kompüterdən dəfələrlə güclü olan, böyük miqdarda məlumatı yüksək sürətlə emal edə bilən yüksək performanslı (Hyper Performance Computer – HPC) kompüterlər yerləşdirilib.

Superkompüter Mərkəzinin yaradılması ölkədə süni intellekt ekosisteminin inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Belə ki, yüksək performanslı Qrafik Proses Modulu (Graphics Processing Unit – GPU) çipləri üzərində qurulan Mərkəz böyükhəcmli məlumatların emalı ilə süni intellekt modellərinin sürətli işləməsini təmin edən texnoloji infrastruktur rolunu oynayacaq. Bu infrastruktur sayəsində yerli süni intellekt layihələrinin xarici resurslardan asılılıq olmadan ölkə daxilində inkişaf etdirilməsi mümkün olacaq. Dövlətə məxsus məlumatların emalı üçün daha təhlükəsiz mühit formalaşacaq və bu potensial Azərbaycanın regionda süni intellekt üzrə rəqabətə davamlılığını təmin edəcək.

Hazırda Superkompüter Mərkəzinin fəaliyyətinin genişləndirilməsi məqsədilə yeni “GPU” çiplərinin alınması istiqamətində müvafiq işlər davam etdirilir.

Qeyd edək ki, “AzInTelecom” ölkənin ən böyük “bulud” xidmətləri provayderi, həmçinin “Hökumət buludu” layihəsinin icraçısıdır. Hazırda Bakı və Yevlax şəhərlərində “AzInTelecom”a məxsus “TIER III” sertifikatlı iki data mərkəzi fəaliyyət göstərir. Abşeron və Hacıqabul rayonlarında daha iki data mərkəzinin tikintisi isə davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 Dekabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri