Icma.az
close
up
RU
Azərbaycanda təhsillə bağlı YENİ QƏRAR verilə bilər Əgər bu olsa…

Azərbaycanda təhsillə bağlı YENİ QƏRAR verilə bilər Əgər bu olsa…

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Məktəblərin 12 illik təhsil sisteminə keçidi məsələsi Azərbaycanda müzakirə olunur. Bu keçid zəruri olmaqdan çox, təhsilin keyfiyyətini artırmaq, Avropa standartlarına uyğunlaşdırmaq və şagirdləri daha yaxşı hazırlamaq üçün bir ehtiyac kimi görünür.
 

Ekspertlər isə bu prosesi artıq gecikmiş hesab edir, bəziləri isə onun vacib olmadığını bildirir.12 illik sistemin tərəfdarları bunun beynəlxalq aləmdə tanınma və proqramların modernləşdirilməsi üçün vacib olduğunu vurğulayırlar.


Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı nocomment.az-a danışan təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, hal-hazırda ölkəmiz artıq 10 illik təhsil sisteminə doğru irəliləyir:
“Əgər məktəbə hazırlıq qruplarını ilkin mərhələ kimi nəzərə alsaq, bu sistem məktəbəqədər hazırlıqla başlayıb XI sinfi bitirməklə yekunlaşır və faktiki olaraq 12 illik dövrü əhatə edir.
10 illik sistemin tətbiqi daha çox yuxarı siniflərdə, xüsusilə X və XI siniflərdə şagirdlərin ixtisas istiqamətinin müəyyənləşdirilməsi zamanı əhəmiyyət kəsb edir. Bu mərhələni bir növ bakalavr təhsilinin ilkin mərhələsi kimi qəbul etmək mümkündür.
 

Əgər bu yanaşma tətbiq olunarsa, 10 illik sistemə keçid daha məntiqli və funksional olacaq. Hazırda məktəbə hazırlıq qruplarına uşaqlar bir il əvvəlcədən başlayırlar. Bu mərhələni də daxil etsək, artıq ibtidai təhsil səviyyəsində 12 illik ardıcıl təhsil dövrü formalaşır.


Məqsəd ümumi təhsil müddətini məktəbəqədər hazırlıqla birlikdə 11 ilə çatdırmaqdırsa, bu müəyyən qədər əsaslandırıla bilər. Lakin əsas amil odur ki, yuxarı siniflərdə, xüsusilə XI sinifdə şagirdlər gələcək ixtisas istiqamətlərini müəyyənləşdirirlər”, – deyə ekspert bildirib.
Elçin Əfəndi vurğulayıb ki, yuxarı siniflərdə ixtisaslaşma üzrə hazırlığın aparılması 10 illik sistemin tətbiqini zəruri edə bilər.
“Əks halda, təhsil müddətini sadəcə illə artırmaq – yəni 12 ilə çıxarmaq – əlavə vaxt və maliyyə itkisinə səbəb olacaq. Əgər sistem səmərəli qurulmasa, bu yalnız əlavə yük yaradacaq və ciddi nəticə verməyəcək”, – ekspert əlavə edib.
Təhsil üzrə ekspert Fuad Hacıyev isə daha fərqli mövqedən yanaşıb.
Onun fikrincə, 12 illik təhsil sisteminə keçidin əsas məqsədi yalnız beynəlxalq standartlara uyğunluq deyil, həm də şagirdlərin təhsil keyfiyyətinin yüksəldilməsi və ixtisas seçiminin daha erkən mərhələdə təmin olunmasıdır:
 

“12 illik sisteminin tətbiqi, əlbəttə ki, əlavə maliyyə və infrastruktur tələb edir, lakin uzunmüddətli perspektivdə bu, şagirdlərin akademik hazırlığının daha səmərəli olmasına səbəb olacaq. Xüsusilə 10-11-ci siniflərdə ixtisas seçimlərinin sistemli şəkildə aparılması, onları gələcək universitet təhsilinə daha hazırlıqlı edir. Hazırkı 11 illik sistemdə bu mərhələlər kifayət qədər optimallaşdırılmayıb və şagirdlər seçimlərini gecikmiş şəkildə edir” , – deyə ekspert qeyd edib.


Hacıyev əlavə edib ki, 12 illik təhsil həm də əcnəbi universitetlərə qəbul imkanlarını artırır, tələbələrin beynəlxalq proqramlarda iştirakını asanlaşdırır və ölkənin ali təhsil sisteminin nüfuzunu yüksəldir:
“Təhsilin keyfiyyətini artırmaq üçün əlavə illərin əlavə yük deyil, strateji investisiya kimi dəyərləndirilməsi vacibdir. Əgər sistem səmərəli planlaşdırılarsa, bu həm dövlət, həm də şagirdlər üçün faydalı olacaq”.
Onun sözlərinə görə, 12 illik sistemə keçid yalnız illərin artırılması ilə ölçülməməlidir, yeni proqramlar, ixtisas seçimləri və müəllim hazırlığı ilə birgə aparılmalıdır:
“Əks halda, sadəcə bir il əlavə etmək praktik nəticə verməyəcək. Əsas məsələ təhsil keyfiyyətinin yüksəldilməsi və şagirdlərin fərdi ixtisas maraqlarının erkən müəyyənləşdirilməsidir”.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://bizim.media
archiveBu xəbər 31 Dekabr 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri