Icma.az
close
up
RU
Azərbaycanda sosial şəbəkələrlə bağlı qərar verilə bilər

Azərbaycanda sosial şəbəkələrlə bağlı qərar verilə bilər

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Sosial media artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib və bu reallıqdan kənarda durmaq mümkün deyil. Sosial şəbəkələr vasitəsilə təhsilini, işini və karyerasını quran kifayət qədər insan var. Bu səbəbdən sosial şəbəkələrin ləğvi və ya qadağan olunması barədə düşünmək yel dəyirmanı ilə döyüşməyə bənzəyir.

Bəzi ölkələrdə isə 15 yaşdan aşağı uşaqların sosial media platformalarından istifadəsi qadağan edilib.

Bəs, Azərbaycanda bu, mümkündürmü?

KONKRET.az-ın xəbərinə görə, məsələ ilə bağlı nocomment.az-a danışan sosioloq Nailə İsmayılova bildirib ki, ümumiyyətlə, sosial şəbəkələr elə bir məkandır ki, burada müxtəlif xarakterə, dünya görüşünə, həyat təcrübəsinə və yaş qrupuna aid insanlarla qarşılaşmaq mümkündür: “Bu platformalar demək olar ki, dünyanın hər yerindən olan insanları bir araya gətirir.

Təbii ki, Azərbaycanda yaşayan 15–16 yaşlı yeniyetmələr də digər ölkələrdə – istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan dövlətlərdə yaşayan insanlarla ünsiyyət qurur, müxtəlif onlayn platformalar vasitəsilə əlaqə saxlayırlar. Burada əsas məsuliyyət məhz valideynlərin üzərinə düşür. Bu ünsiyyətin hansı istiqamətdə və mövzularda baş verdiyini müəyyənləşdirmək üçün valideynlərin həmin yeniyetmələrin sosial şəbəkə fəaliyyətinə nəzarət etməsi olduqca vacibdir.

Mənim fikrimcə, bir çox ölkələrdə olduğu kimi, 16 yaşdan aşağı uşaqların sosial şəbəkələrdən istifadəsinə ya ciddi məhdudiyyətlər qoyulmalı, ya da bu imkan ümumiyyətlə qadağan edilməlidir. Çünki yeniyetmələr aldanmağa daha meyilli olurlar.

Maraqları isə çox zaman yaşlarına uyğun olmayan mövzuları da əhatə edə bilər. Onlar bir çox məsələləri hələ tam dərk etmədikləri üçün yanlış təsirlərə daha açıq olurlar. Bu səbəbdən də yeniyetmələrin sosial şəbəkələrdən istifadəsi ya limitli olmalı, ya da ciddi nəzarət altında həyata keçirilməlidir. Azərbaycan qanunvericiliyinə görə, 0–18 yaş aralığı uşaq yaşı hesab olunur və bu dövrün yeniyetməlik mərhələsi xüsusilə həssasdır. Bu yaşda uşaqlar bir çox şeyə maraq göstərsələr də, hadisələri düzgün qiymətləndirməkdə çətinlik çəkirlər. Nəticədə başqalarına tez inanmaq, asanlıqla aldanmaq və həddindən artıq etibar etmək kimi problemlər yaranır”.

Ekspert əlavə edib ki, həm valideyn, həm də yeniyetmələrlə sıx ünsiyyətdə olan bir Azərbaycan vətəndaşı kimi hesab edir ki, övladlarımızı potensial təhlükələrdən qorumağın ən doğru yolu onları sosial şəbəkələrdən mümkün qədər uzaq tutmaqdır:

“Şübhəsiz ki, sosial şəbəkələrin müsbət cəhətləri də var. Lakin təəssüf ki, insanlar çox zaman məhz neqativ məzmunlara daha çox maraq göstərirlər. Bu səbəbdən valideyn nəzarəti mütləqdir. Əgər uşaqlar və yeniyetmələr sosial şəbəkələrdən istifadə edirlərsə, valideynlər bu prosesi ciddi şəkildə izləməli və onların təhlükəsizliyini daim diqqətdə saxlamalıdırlar”, – ekspert yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 Dekabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri