Icma.az
close
up
RU
Azərbaycanda tələbələr ağıllı maşın yığdı İnkişaf etdirmək olarmı? VİDEO

Azərbaycanda tələbələr ağıllı maşın yığdı İnkişaf etdirmək olarmı? VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda süni intellekt və ağıllı maşın sistemləri son illər sürətlə inkişaf edir və ölkənin müxtəlif sahələrində önəmli mövqe tutur. İstər dövlət səviyyəsində, istər universitetlərdə, istərsə də müxtəlif texnologiya mərkəzlərində bu sahəyə maraq kəskin artıb. Bu inkişaf çərçivəsində Azərbaycan tələbələri də yeni layihələrlə çıxış edirlər. Məsələn, Azərbaycan Texnologiyalar Universitetinin tələbələri süni intellekt texnologiyalarından istifadə edərək “ATU-CAR” adlı ağıllı elektrik avtomobil hazırlayıblar. Bununla da, süni intellekt əsaslı idarəetmə sistemi və digər xüsusiyyətləri ilə süni intellekt texnologiyalarının Azərbaycanda tətbiqi reallaşıb. Bu layihə sosial şəbəkələrdə paylaşılıb və yüksək qiymətləndirlib. 
Bu o deməkdir ki, artıq Azərbaycanda ağıllı maşınlar və süni intellekt əsaslı sistemlərin istifadəsi genişlənir. Çünki tələbat və maraq artır. Bəs görəsən, süni intellekt və ağıllı maşın sistemləri Azərbaycanda ümumilikdə necə qavranılır və hansı səviyyədə istifadə olunur?

Bu barədə süni İntellekt üzrə mütəxəssis Natiq Məmişov Avtosfer.az-a bildirib ki, ölkə miqyasında bu cür smart avtomobillər hələ eksperimental və demonstrativ səviyyədədir: “Ümumi olaraq son 4–5 ildə Azərbaycanda süni intellektə maraq kəskin artıb. Həm dövlət, həm universitet, həm də gənclər səviyyəsində proses gedir. 2025–2028-ci illər üçün rəsmi “Süni İntellekt Strategiyası” qəbul olunub. Yaxınlarda Bakıda AI Academy açılıb. Məqsəd süni intellekt üzrə peşəkar kadrlar yetişdirmək və ölkəni regional AI mərkəzinə çevirməkdir. Yəni ictimai qavrayışda AI artıq təkcə “trend texnologiya” yox, həm də dövlət strategiyasının bir hissəsi kimi görünür. Hətta sosial şəbəkədə paylaşılan həmin tələbənin maşını da bu dalğanın əsl nümunəsidir. Amma davamı üçün mütləq dəstək və təkan lazımdır. Azərbaycanda tam “self-driving car” səviyyəsində geniş ictimai istifadə hələ yoxdur, amma ağıllı nəqliyyat sistemləri (ITS) və maşın yönümlü AI artıq müəyyən sahələrdə var. Bakıda Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi illərdir işləyir. Şəhərdaxili hərəkətin monitorinqi, kameralar, sıxlığın izlənməsi, qayda pozuntularının qeydə alınması və s. üçün rəqəmsal platforma kimi. Sırf tələbənin icra etdiyi layihə əslində göstərir ki, gənclər artıq AI-ni yalnız nəzəri yox, praktik formada – real robot, avtomobil, cihaz üzərində sınayırlar. Universitet laboratoriyaları, yarışlar, müsabiqələr, startap prototipləri və s. lazımdır. Əsas da maddi və bilik olaraq dəstək”.

Nurcan Babək

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 01 Dekabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri