Icma.az
close
up
RU
Azərbaycanda qış turizmini necə inkişaf etdirmək olar?

Azərbaycanda qış turizmini necə inkişaf etdirmək olar?

Banco.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Azərbaycanda qış turizm potensialı var və qış turizm üçün müəyyən infrastruktur yaradılıb".

Bunu Banco.az-a turizm eksperti Ceyhun Aşurov Azərbaycanda qış turizmi ilə bağlı mövcud vəziyyəti və gələcək potensialı şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, Qusarda Şahdağ, Qəbələdə Tufandağ, Naxçıvanda Ağbulaq ərazisində müasir standartlara uyğun qış turizm komplekslərimiz mövcuddur: "Lakin qış turizmi məhsulu dedikdə biz təkcə bu komplekslərin olduğu yerlər, yaxud da orada qar üzərində, buz üzərində sürüşmə zonalarını nəzərdə tutmuruq. Bununla əlaqədar olaraq bizə təbiət, relyef bu imkanları yaradır. Eyni zamanda regionlarda olan kənd evləri, villalar, qışı, təbiəti seyr etmək, hiss etmək istəyənlər üçün də çox gözəl, əlverişli istirahət imkanları yaratmış olur".

"Qış turizmi ilə əlaqədar olaraq müəyyən işlər görülüb ki, iri bazarları biz ölkəmizə də cəlb edə bilərik. Bu Körfəz ölkələri ola bilər, hansılar ki, bu günə qədər də maraqlıdırlar. Orta Asiya ölkələri, Rusiya bizim üçün əlverişli bazar sayıla bilər.

Sadəcə müəyyən marketinq addımları atılmalıdır. Reklamlar genişləndirilməlidir ki, daha çox seqmentdən ölkəmizə turistləri cəlb edə bilək.

Aydın məsələdir ki, ölkəmizə gələn turistlər ancaq hansısa bir əyləncə üçün bir məqsədli gəlmirlər. Onlar gələrkən ölkəmizi müəyyən mənada həm kəşf edirlər, həm də araşdırırlar. Orada qalmaqla tarixi, mədəni abidələrlə, təbiətlə tanış olurlar və əhalinin hazırladıqları məhsullardan da istehlakçı kimi istifadə edirlər. Bu da yerli əhalinin maddi rifahına müsbət təsirini göstərir", - ekspert qeyd edib. 

C. Aşurov bildirib ki, regionlarda olan sanatoriya, sağlamlıq mərkəzləri də bütün mövsümlərdə işləyir: "Həftə sonu turları təşkil oluna bilər ki, bu da ailə turları üçün əlverişlidir. Son dövrlərdə kənd evlərinin, villaların sayı da artıb. Bu da turistlər və regionlara səfər edənlər üçün əlavə istirahət, qalma imkanları yaratmış olur.

Bunları daha çox məhsul halına salaraq, turizm məhsullarını çeşidləndirərək və marketinqdən düzgün şəkildə istifadə edərək turizmi genişləndirə bilərik. 

İnfrastrukturun təkmilləşdirilməsi, modernləşdirilməsi, eyni zamanda xidmətin yüksəldilməsi üçün personalın təlimi, həmin yerlərin düzgün şəkildə tanıdılması üçün influenserlərdən istifadə olunması, yerli icmalarla işbirliyi və s. bu kimi yollar inkişafla bağlı prosesləri daha da sürətləndirə bilər. Həmçinin, aviaşirkətlər və müxtəlif turizm şirkətləri ilə də əməkdaşlıq edərək bu işləri daha da genişləndirə bilərik".

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://banco.az
archiveBu xəbər 24 Noyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri