Icma.az
close
up
RU
Azərbaycanda telekommunikasiya sahəsindəki şikayətlərin 65 % ə yaxını internetlə bağlıdır

Azərbaycanda telekommunikasiya sahəsindəki şikayətlərin 65 % ə yaxını internetlə bağlıdır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu il aprelin 1-nə “E-Şikayət” sisteminə telekommunikasiya ilə bağlı daxil olan şikayətlərin 64,61 %-i sabit internet xidmətlərini əhatə edib.

525.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN) istinadən xəbər verir.

2023-cü ilin noyabr ayında RİNN-in tabelində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) tərəfindən yaradılan “E-Şikayət” sisteminə 5 863 müraciət daxil olub ki, onların da 5 min 354-ü və ya 91,32 %-i telekommunikasiya, 509-u və ya 8,68 %-i isə poçt rabitəsi ilə bağlı olub. Telekommunikasiya sahəsində (ümumilikdə 4 sahə – “İnternet telekommunikasiya xidmətləri (GPON, ADSL və s.)”, “Mobil internet”, “Mobil rabitə” və “Telefon rabitəsi”), 140 operator və provayderin şəxsi kabinetinə şikayətlər daxil olub.

Mobil rabitə barəsində olan şikayətlər 19,31 %, telefon rabitəsi barədə olan şikayətlər 12,96 % və mobil internet barəsində olan şikayətlər isə 3,10 % təşkil edir.

Ötən ilin noyabrında istifadəyə verilən “E-Şikayət” sisteminin mobil tətbiqi vasitəsilə isə edilən müraciətlərin 88,35 %-i telekommunikasiya, 11,65 %-i isə poçt rabitəsi ilə bağlı olub. Ümumi şikayətlərinin 266-sı, yaxud 4,54 %-i bu üsulla edilib.

“E-Şikayət” sisteminə daxil olan şikayətlərin 78,9 %-i kişilər, 21,1 %-i isə qadınlar tərəfindən ünvanlanıb. Onların 98,77 %-i cavablandırılıb, 1,23 %-nin isə icrası icra mərhələsindədir.

Şikayətlər xarakterinə görə müxtəlif mövzular üzrə qruplaşdırılıb.

“İnternet telekommunikasiya xidmətləri (GPON, ADSL və s.)” üzrə ən geniş yayılmış “Xidmət keyfiyyəti ilə bağlı” şikayətlərdir. Bu xarakteristikaya malik şikayətlər ümumi şikayətlərin 18,02 %-ni əhatə edir. İkinci yerdə 17,65 %-lə “Xidmətin işləməməsi ilə bağlı” şikayətlərdir. “Əməkdaşlardan və ya xidmətdən narazılıq” alt kateqoriyası üzrə şikayətlərin həcmi 8,01 %-ə bərabər olmaqla ilk üçlüyü tamamlayır. Bu 3 xarakteristika üzrə daxil olan şikayətlər internet telekommunikasiya xidmətləri üzrə ümumi şikayətlərin 43,68 %-ni təşkil edir.

Platforma üzərindən daxil olan şikayətlərin çoxluğuna görə “Mobil rabitə” kateqoriyası ikinci yerdə qərarlaşıb. Belə ki, vətəndaş şikayətləri daha çox “Operator və ya provayderin ümumi fəaliyyətindən narazılıq” (5,25 %), “Operator dəyişdirmə (nömrədaşıma)” (5,57 %), və “Tariflərlə bağlı şikayət” (3,85 %) alt kateqoriyalarını əhatə edir.

“Telefon rabitəsi” sahəsi üzrə “Xidmətin işləməməsi ilə bağlı” (6,57 %), “Əməkdaşlardan və ya xidmətdən narazılıq” (1,34 %) və “İnfrastrukturla əlaqədar” (1,29 %) alt kateqoriyaları bu kateqoriya şikayətlərinin ilk üçlüyünü təşkil edir.

“Mobil internet” sahəsi üzrə şikayətlərdə “Operator və ya provayderin ümumi fəaliyyətindən narazılıq” (0,88 %), “Operator dəyişdirmə (nömrədaşıma)” (0,6 %) və “Tariflərlə bağlı şikayət” (0,54 %) alt kateqoriyaları ilk 3 yeri tutur.

Şikayətlərin coğrafiyasına gəldikdə, 54,37 % müraciət Bakı şəhərindən edilib. Eyni zamanda Abşeron – Xırdalan üzrə şikayətlərin payı 7,71 %, Sumqayıt şəhəri üzrə 4,55 %, Lənkəran rayonu üzrə 2,42 %, Gəncə şəhəri isə 2,27 % təşkil edib. Belə ki, Agentliyə daxil olan şikayətlərin ümumilikdə 71,32 %-i bu 5 ərazi vahidinin payına düşüb. Digər ərazi vahidlərinin hər biri üzrə müraciətlərin faiz göstəricisi 2%-dən aşağıdır. Amma ümumilikdə müraciətlərin 18,01 %-ni təşkil edir.

2024-cü ilin aprel ayından etibarən “E-Şikayət” sistemi vasitəsilə poçt (karqo) rabitəsi operatorları ilə bağlı müraciətlərin qəbuluna da başlanıb. Son 1 ildə bu istiqamətdə 509 müraciət daxil olub. Həmin müraciətlərin 72,89 %-i sürətli poçt rabitəsi, 27,11 %-i isə universal poçt rabitəsi xidmətləri üzrə olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Aprel 2025 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see486

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see171

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see138

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see136

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see131

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see130

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see130

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see128

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri