Icma.az
close
up
RU
Azərbaycanda şikayətlərin 30 faizi bu sahə ilə BAĞLIDIR

Azərbaycanda şikayətlərin 30 faizi bu sahə ilə BAĞLIDIR

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"2025-ci ilin təhlilləri göstərir ki, istehlakçılarla istehsalçı qurumlar arasında yaranan mübahisələrlə bağlı Agentliyə daxil olan müraciətlərin təxminən 30 faizi rəqəmsal sahə ilə əlaqədardır".

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin birinci müavini Cəfər Babayev deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın statistikasına əsasən, hər il elektron platformalarda həyata keçirilən ticarət dövriyyəsinin, eləcə də ödənişlərin sayı və həcmi durmadan artır.

Bildirib ki, bu sahədə istehlakçı hüquqlarının müdafiə olunması üçün agentliyin dövlət orqanı kimi qanunvericiliklə müəyyən edilmiş bir sıra səlahiyyətləri mövcuddur:

"Bununla yanaşı, biz yalnız qanunun bizə verdiyi imkanlarla deyil, həm də mövcud "yumşaq güc" alətlərindən istifadə etməklə istehlakçı hüquqlarının qorunmasını təmin etməyə çalışırıq".

C. Babayev qeyd edib ki, elektron ticarət sahəsində formalaşan münasibətlər göstərir ki, artıq ənənəvi istehlakçı-sahibkar münasibətlərinə fərqli prizmadan yanaşmaq zəruridir:

"Bu səbəbdən biz elektron platforma sahibləri və sahibkarlarla mütəmadi görüşlər keçirir, bu görüşlər zamanı istehlakçı hüquqlarının daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayırıq. Digər tərəfdən, istehlakçılarla da işimiz davam etdirilir. Bu sahədə ən güclü alətimiz maarifləndirmədir. Maarifləndirmə prosesində istehlakçılara qanunvericiliklə onlara verilmiş hüquqlar barədə mümkün qədər ətraflı məlumat verilir və elektron ticarət zamanı qarşılaşa biləcəkləri risklərdən necə qoruna biləcəkləri izah olunur".

Mina Mikayılova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 12 Mart 2026 10:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri