Icma.az
close
up
RU
Azərbaycanda “Temu” alıcılarını nə gözləyir? KONKRET

Azərbaycanda “Temu” alıcılarını nə gözləyir? KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda “Temu” ilə bağlı müzakirələr hələ də davam edir. Bildirilir ki, sözügedən platforma yerli sahibkarın 36 faiz vergi ödəyib gətirdiyi məhsulu vətəndaşa daha ucuz qiymətə satır və bu, vergi öhdəliyi olmadan edilir. Nəticədə yerli sahibkarlıq maliyyə böhranı yaşayır. İddialara görə, bu fonda gömrük limiti 300 dollardan 50 dollara endirilə bilər. Digər ehtimal isə “Temu”nun ölkədə qeyri-rezident kimi vergi qeydiyyatından keçməsidir. Bu da məhsulların bahalaşmasına səbəb ola bilər.

Hökumət hansı üsula əl ata bilər? Limit azalacaq yoxsa “Temu”da qiymətlər bahalaşacaq?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rövşən Muradov deyib ki, “Temu” və digər xarici elektron ticarət platformalarının Azərbaycan bazarında sürətlə genişlənməsi daxili ticarətdə rəqabət şərtlərinin yeni iqtisadi reallıqlara uyğun tənzimlənməsini zəruri edir:

“Yerli sahibkar məhsul idxal edərkən gömrük, vergi, logistika, sertifikatlaşdırma və satış infrastrukturu üzrə öhdəliklər daşıyır, xaricdən aylıq 300 dollaradək şəxsi sifarişlər isə güzəştli qaydada rəsmiləşdirilir. Sifarişlərin həcmi genişləndikcə bu fərq fərdi alış çərçivəsini aşaraq yerli ticarət dövriyyəsinə, məşğulluğa, sahibkarlığın maliyyə dayanıqlığına və büdcə daxilolmalarına təsir göstərir. Buna görə dövlətin əsas vəzifəsi elektron ticarətin inkişafını məhdudlaşdırmadan, milli sahibkarlığın qanuni mənafelərini və vətəndaşların əlverişli qiymətlərlə məhsul əldə etmək imkanlarını vahid iqtisadi tarazlıq daxilində qorumaqdır. Hazırda 300 dollarlıq gömrük həddinin 50 dollara endirilməsi barədə rəsmi qərar açıqlanmayıb. Belə dəyişiklik yalnız “Temu”ya şamil olunmayacaq, “Trendyol”, “AliExpress”, “Amazon”, “Shein” və digər xarici mənbələrdən edilən bütün şəxsi sifarişlərə təsir göstərəcək. Həddin kəskin azaldılması gömrük bəyannamələrinin sayını artırmaqla inzibatçılıq yükünü ağırlaşdıra, sifarişlərin müxtəlif şəxslərin adına bölünməsinə şərait yarada və vətəndaşların seçim imkanlarına təsir edə bilər. Bu səbəbdən qərar qəbul edilərkən yerli sahibkarlığın maraqları ilə yanaşı, istehlakçı davranışı, gömrük sisteminin texniki imkanları və büdcə səmərəliliyi də əhatəli şəkildə qiymətləndirilməlidir”.

Deputat bildirib ki, beynəlxalq təcrübədə daha işlək üsul verginin bağlama sərhədə çatdıqdan sonra vətəndaşdan tutulması əvəzinə, alış anında platformanın hesablamasıdır:

“Avropa İttifaqının (Aİ) IOSS sistemi və OECD-nin platforma əsaslı vergi modeli bu yanaşmanın şəffaflığı artırdığını, milyonlarla kiçik bağlamanın fərdi qaydada vergiyə cəlb edilməsindən yaranan inzibati yükü azaltdığını göstərir. Azərbaycan üçün də daha məqsədəuyğun istiqamət “Temu” və oxşar platformaların ölkədəki dövriyyəsinin uçota alınması, verginin satış zamanı hesablanaraq büdcəyə ödənilməsi, yekun qiymətin əvvəlcədən alıcıya göstərilməsi və məhsul təhlükəsizliyinə görə platformanın məsuliyyət daşımasıdır. Belə mexanizm qiymətlərdə müəyyən artım yaradacaq, lakin platformaların endirim, komissiya və logistika siyasəti nəzərə alındıqda artımın tam vergi yükü həcmində baş verməsi gözlənilmir. Bu model bazarda bərabər rəqabət şərtləri formalaşdırar, yerli sahibkarın mövqeyini gücləndirər, istehlakçının hüquqlarını qoruyar və elektron ticarətin dövlətin iqtisadi mənafelərinə uyğun, şəffaf əsaslarla inkişafını təmin edər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 İyul 2026 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri