Icma.az
close
up
RU
Azərbaycanda töhmət almış məmurlar kimlərdir? Hələ də vəzifədədirlər...

Azərbaycanda töhmət almış məmurlar kimlərdir? Hələ də vəzifədədirlər...

Icma.az bildirir, Sfera.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, Dövlət Turizm Agentliyinin sədri Fuad Hümbət oğlu Nağıyevə işində yol verdiyi nöqsanlara görə İlham Əliyev tərəfindən şiddətli töhmət elan edilib. 

Sfera.az bildirir ki, İlham Əliyev tərəfindən məmurlara töhmət və şiddətli töhmət verilməsi nadir hallarda baş verir və bu cəza tədbiri əsasən ciddi nöqsanlara görə tətbiq edilir.  Bu səbəbdən xəbər ictimaiyyətdə müzakirələrə səbəb olub.

Mövzunun aktuallığını nəzərə alaraq prezident tərəfindən töhmət elan edilmiş bəzi məmurlar və onların sonrakı taleləri haqqında məlumatı təqdim edirik.

Balababa Rzayev

2024-cü il oktyabrın 5-də Baş nazir Əli Əsədovun sərəncamı ilə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə, 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə şiddətli töhmət elan edilib. B.Rzayev hələ də tutduğu vəzifədə çalışır.

Oqtay Şahbazov

2017-ci il avqustun 21-də Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Oqtay Qəşəm oğlu Şahbazova xidməti vəzifəsinin icrasında yol verdiyi nöqsana görə töhmət elan edilib. O, 2021-ci il 26 yanvar tarixindən tutduğu vəzifədən azad edilib, hazırkı fəaliyyəti ilə bağlı isə məlumat yoxdur. Qeyd edək ki, O.Şahbazov energetika naziri Pərviz Şahbazovun atasıdır.

Siyavuş Novruzov


Yeni Azərbaycan Partiyasının üzvü və deputat Siyavuş Novruzov da COVID-19 pandemiyası dövründə karantin rejiminin tələblərini kobud şəkildə pozduğuna görə partiya tərəfindən töhmət alıb. O, həmin dövrdə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin övladının toyunda  həyat yoldaşı, ombudsman Səbinə Əliyeva ilə iştirak edib ki, bu da ictimaiyyətin kəskin narazılığına səbəb olub. 

Məlumat üçün bildirək ki, Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri aşağıdakı kimidir:

a) töhmət;
b) sonuncu xəbərdarlıqla şiddətli töhmət;
c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə;
ç) əmək müqaviləsini Məcəllənin 70-ci maddəsinin "ç" bəndi ilə ləğv etmək.

Qeyd etmək lazımdır ki, töhmət və şiddətli töhmət, adətən, məmurların fəaliyyətindəki ciddi nöqsanlara görə tətbiq edilir və onların gələcək karyeralarına təsir göstərə bilir. 

Firuzə Əliyeva
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://sfera.az
archiveBu xəbər 05 Mart 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri