Icma.az
close
up
RU
Gənclər niyə evlənmək istəmir? SOSİOLOQ AÇIQLADI

Gənclər niyə evlənmək istəmir? SOSİOLOQ AÇIQLADI

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son illərdə cəmiyyətdə gənclərin evliliyə münasibəti dəyişib.

Əvvəllər gənclər daha tez ailə qurmağa meyil edərdi. İndi isə vəziyyət bir az fərqlidir.

Çoxu əvvəl iş tapmaq, ev almaq, özünü maddi cəhətdən təmin etmək istəyir. Bəziləri isə ümumiyyətlə evliliyə tələsmir.

Görəsən, indiki gənclər niyə əvvəlki kimi tez evlənmək istəmir? Bu dəyişiklik daha çox maddi çətinliklərlə bağlıdır, yoxsa düşüncə tərzinin dəyişməsi ilə?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan sosioloq Naib Niftəliyev bildirib ki, ailə dəyərləri artıq karyera inkişafı və iqtisadi rifahla bərabər tutulur:

“Təbii ki, hər bir şey öz zamanında və vaxtında daha gözəldir. Gənclik dövrü insanlar üçün həm özünü ifadə, həm özünü təsdiq, həm də ailə qurmaq baxımından ən əlverişli mərhələ hesab olunur.

Bu baxımdan düşünürəm ki, evliliyə münasibətin dəyişməsi həm qlobal təsirlərlə, həm də sosial rifah hədəflərinin ön plana keçməsi ilə bağlıdır. Düzdür, cəmiyyətdə iqtisadi problemlər və çətinliklər hər zaman mövcud olub. İnsanların həyatını ideal şəkildə dəyərləndirmək mümkün deyil. Amma son dövrlərdə aydın görünən odur ki, cəmiyyətdə fərdiləşmə və fərdi özünü təsdiq planları önə keçib. Hər kəs müəyyən mənada iqtisadi problemlərə kökləndiyindən və bu yük gənclərin üzərinə düşdüyündən, iqtisadi motivlər əsas amillər sırasında qalır.

Eyni zamanda məişət və mənzil problemləri baxımından məsuliyyətin daha çox gənclərin üzərinə düşməsi və yeni nəslin bu imkanlarla bağlı daha kəskin çətinliklərlə üzləşməsi də əsas səbəblərdən biridir. Digər tərəfdən, post-sovet məkanında olan ölkələrin əksəriyyətində, ümumilikdə isə qlobal miqyasda ailəyə münasibətin dəyişməsi müşahidə olunur. Ailə dəyərləri artıq karyera inkişafı və iqtisadi rifahla bərabər tutulur, seçimlər isə daha çox iqtisadi motivlər əsasında edilir.

Xüsusən qlobal kapitalizmin təsiri, sosial rifah imkanlarının məhdudluğu fonunda insanların daha yaxşı yaşamaq istəyi, şəxsi azadlığa və fərdi həyata diqqətin artması, uzun illərdir aparılan təbliğat və təşviqat, eyni zamanda gender bərabərliyinin ifrat təqdimatı da bu prosesdə rol oynayır. Qloballaşma və medianın təsirini də qeyd etmək vacibdir”.

Sosioloqun sözlərinə görə demək olmaz ki, gənclər evliliyə münasibətdə tamamilə dəyişiblər və ailə qurmağa maraqları yoxdur:

“Gənclər münasibət qurmağa və onun davamlı olmasına müəyyən dərəcədə maraqlıdırlar. Sadəcə olaraq, bir çox gənc evliliyi dəb, şərait və mövcud vəziyyətə görə təxirə salmağı daha məqsədəuyğun hesab edir. Bu baxımdan əsas problem evliliyə münasibətdə təqdim olunan modellər və konsepsiyalardır.

Artıq klassik ailə modeli nümunə kimi təqdim edilmir və insanlar da buna əvvəlki kimi güvənmir. Ailənin müqəddəsliyi, şəxsi dəyərlər, ailənin toxunulmazlığı və seçimdə sədaqət məsələləri arxa plana keçir. Düzdür, bu dəyərlər hələ də önəmlidir, amma mövcud şərait insanları sədaqət modelindən daha çox alternativ seçimlərə yönəldir. Bəzən insanlar görür ki, seçdiyi insan onun hədəflərinə çatmaqda kömək edə bilməyəcək və fərdi addımlarla daha irəli gedə biləcəyini düşünür. Bu isə dəyərlər sisteminin dəyişməsinə və qismən zədələnməsinə gətirib çıxarır.

Digər mühüm məqam isə informasiya bolluğudur. Artıq hər kəs istənilən məlumatı asanlıqla əldə edə bilir. Gündəlik alınan informasiyalar insanların düşüncəsinə, sədaqət və münasibətlərinə birbaşa təsir göstərir. Qeyri-adi azadlıq modelləri, təbliğ olunan davranış tərzləri kütləvi xarakter alır.

Kütləviləşmə fenomeni xüsusilə boşanma meyilləri ilə daha sıx əlaqəlidir. İnsan daha çox informasiya əldə etdikcə daha az bağlı və sadiq olur. Bu, yalnız ailə münasibətlərində deyil, dostluq və ümumilikdə insan münasibətlərində də özünü göstərir. Ənənəvi dəyərlər müəyyən təsirini saxlasalar da, onlara münasibət və yanaşma tərzi dəyişib”.

Onun sözlərinə görə indi artıq ailə qurmaq müəyyən zaman çərçivəsindən çıxaraq fərdi seçimə çevrilib:

“Bəziləri bu seçimi edir, ailənin müsbət və mənfi tərəflərini yaşayır. Bəziləri isə obyektiv və subyektiv səbəblərdən bu seçimi edə bilmir. Çünki seçimlərin toqquşması, iqtisadi yanaşmalar, ziddiyyətli məqamlar çoxalır. Bəzən insanlar qarşı tərəfə artıq həyat yoldaşı kimi deyil, fayda verə biləcək bir şəxs kimi baxırlar. Faydalılıq amilləri önə keçdiyi üçün şəxsi münasibətlər zədələnir, ənənəvi sevgi, ailə bağlılığı və sədaqət amilləri isə əvvəlki nüfuzunu itirir.

Düşüncə tərzinin dəyişməsi də burada əsas rol oynayır. Artıq ailə münasibətlərinə baxış fərqlidir. Əvvəllər üçdən çox, ən azı iki övladın olması dəyər sayılırdısa, indi həm maddi imkanların məhdudluğu, həm də iqtisadi çətinliklər səbəbindən insanlar bu məsələdə daha ehtiyatlı davranırlar. Ailə, övlad və gələcək planları real iqtisadi mühitə uyğun şəkildə arxa plana keçirilir. Bu artıq qlobal bir tendensiyadır.

Dünyanın inkişaf etmiş ölkələrində bu proses bir qədər fərqli şəkildə gedir. Lakin inkişaf etməkdə olan, müharibə şəraiti yaşamış, sosial-iqtisadi və siyasi risklərlə üzləşən ölkələrdə vəziyyət təxminən eynidir. Müharibənin yaratdığı iqtisadi çətinliklər, texnologiyaların sürətli dəyişməsi insanların ailə modelinə baxışının dəyişməsinə səbəb olur. Sistem dəyişdikcə ailəyə münasibət də dəyişir”.

Gülxanım Əliyeva

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 27 Noyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri