Azərbaycanda turizm şirkətlərinin sayı rekord həddə çatıb
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda fəaliyyət göstərən turagent və turoperatorların sayı ötən il rekord həddə yüksəlib.
Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycanda turizm – 2026" statistik məcmuəsində məlumat verilib.
Məlumata görə, 2025-ci ildə ölkədə fəaliyyət göstərən turagent və turoperatorların sayı 434 olub. Bu göstərici 2024-cü ildə 381, 2023-cü ildə 300, 2022-ci ildə 240, 2021-ci ildə isə 150 təşkil edib. Beləliklə, son beş ildə turizm şirkətlərinin sayı təxminən 2,9 dəfə artıb.
Statistikaya əsasən, ötən il fəaliyyət göstərən bütün turagent və turoperatorlar qeyri-dövlət sektoruna məxsus olub. Onlardan 407-si özəl, 17-si xarici, 10-u isə birgə müəssisə kimi fəaliyyət göstərib.
Hesabatda qeyd olunur ki, turizm sektorunda məşğulluq da artıb. Belə ki, 2025-ci ildə turagent və turoperatorlarda çalışan işçilərin sayı 2 min 687 nəfərə çatıb. Bu göstərici 2021-ci ildə 962 nəfər idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 30 İyun 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















