Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin sayı açıqlandı
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycanda 5 000-dən çox Türkiyə kapitallı şirkət fəaliyyət göstərir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda keçirilən "Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri" (TÜİB) İctimai Birliyinin 6-cı dönəm Seçkili Ümumi Yığıncağında bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi və qarşılıqlı investisiyalar hər il artır: "Enerji, nəqliyyat, tikinti, kənd təsərrüfatı, müdafiə sənayesi, texnologiya kimi geniş sahələri əhatə edən layihələr hər iki ölkənin inkişafında ortaq zəmin yaradır".
Səfir vurğulayıb ki, Türkiyə və Azərbaycan arasındakı münasibətlər yalnız strateji tərəfdaşlıqla məhdudlaşmır, eyni zamanda dərin tarixi, mədəni və qardaşlıq bağlar üzərində qurulub: "Azərbaycanda yaşayan 25 mindən çox Türkiyə vətəndaşı iki ölkə arasındakı ticarət əlaqələrinin inkişafına mühüm töhfə verir. Türkiyədə isə 100 minə yaxın azərbaycanlı yaşayır ki, onların da iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində rolu əvəzsizdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 30 May 2025 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















