Azərbaycanda ÜDM istehsalı həcmi isə bunlara bağlıdır İqtisadçı
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
”Cari il başlayandan qeyri-neft-qaz sektoru üzrə istehsalın artım tempi də azalmağa doğru dinamika nümayiş etdirir. Belə ki, yanvar ayının yekununa sözügedən sahədə artım 2.3 faiz qeydə alınmışdısa, fevral da daxil bu rəqəm 1.4 faiz, ötən üç aya görə isə 0.2 faizə bərabər olub. İl başlayandan bəri qeyri-neft-qaz sektorunda artımın bu cür azalması tempi ciddi araşdırma və diqqət tələb edir”.
Bunu iqtisadçı ekspert Pərviz Heydərov 525.az-a söyləyib. Ekspert qeyd edib ki, yeri gəlmişkən, ötən il də ölkədə iqtisadi artım zəif xarakter daşıdı. Bu, özünü ilin əvvəlindən göstərməyə başladı ki, ilin ortasına doğru vəziyyət nisbətən düzəldi. Lakin problem köklü və dərin xarakter daşıdığından vəziyyət əvvəlki kimi yenə kövrək əhəmiyyət kəsb etməkdə davam etdi. Bundan əlavə onu da nəzərə almaq vacibdir ki, ölkəmizə yaxın geosiyasi məkanda artıq, dördüncü ildir cərəyan edən Rusiya-Ukrayna və üstəlik, bu ilin fevralından ABŞ-İsrail cütlüyünün İrana qarşı başlanan hücumu nəticəsində də baş verməkdə olan növbəti böyük, gərgin müharibə və münaqişələr zəminində müxtəlif proseslər gedir ki, Qərbin çoxsaylı sanksiyaları nəticəsində al-əlvan oyunlar oynanılır:
“Gizli ticarət əlaqələri, alış-veriş, tranzit münasibətləri və sair, bir sıra ölkələrin nəyi haradan etdiyinə, bəzi göstəricilərə necə nail olduqlarına dair sual və şübhələr yaradır. Məsələn, bilavasitə Yaxın Şərqdəki müharibə ilə əlaqədar yazmışdım ki, ölkə iqtisadiyyatının qeyri-neft sektoru üzrə inkişafına maneələr yarana, müharibə uzun müddət davam etdiyi təqdirdə isə bunun acı nəticələri hər birimiz tərəfimizdən birbaşa olaraq əyani hiss edilə bilər. Bütün bunların müqabilində qlobal neft qiymətlərinin 50 fazi deyil, lap 100-200 faiz qalxmasının isə belə əslində, xeyri yox, zərəri var. Bəli, neft hasilatımız enir, qiyməti isə qeyri-sabitdir. Qazla bağlı vəziyyət də stabil xarakter daşımır. Azərbaycanda ÜDM istehsalı həcmi isə bunlara bağlıdır. Belə bir fonda iqtisadiyyatın təhlükəsizliyi üçün mühüm amillərdən olan məsələn, xarici ticarət dövriyyəsinin azalması, inflyasiyanın sürətlənməyə meyil göstərməsi kimi elementlər ciddi nəzarət altında saxlanmalı, bunların qarşısı alınmalıdır. Hesab edirəm, qeyri-neft-qaz sektorunda artımı zəiflədən də öncə məhz, bu faktorlardır”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 15 Aprel 2026 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















