Icma.az
close
up
RU
Azərbaycanda ÜDM istehsalı azalır? Deputatlardan REAKSİYA

Azərbaycanda ÜDM istehsalı azalır? Deputatlardan REAKSİYA

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq institutlar və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ölkəmizdə Ümumi Daxili Məhsulun (ÜDM) həcminin artımının ilin sonuna kimi 3,7 % olacağını proqnozlaşdırmışdı. Lakin indi proqnozda dəyişiklik edilib və gözləntilər aşağı düşüb. Belə ki, ilin sonuna kimi ÜDM artımının 3 faiz olması gözlənilir. Onu da qeyd etmək yerinə düşər ki, 2025-ci ilin ilk 6 ayında ÜDM artımı 0,9 faiz olub.

Proqnozların dəyişilməsi ilə əlaqədar müxtəlif fikirlər səsləndirilir. Bəziləri hətta bunu narahatlıq doğuran məsələ kimi gündəmə gətirirlər.

Doğrudanmı, narahat olmağa ehtiyac var? 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Azərbaycanda ÜDM-in artımı ilə əlaqədar proqnozun dəyişdirilməsi birbaşa iqtisadiyyatın neft-qaz sektorunda müşahidə edilən azalma ilə bağlıdır:

“Belə ki, bu ilin ilk 7 ayında iqtisadiyyatın neft-qaz sektorunda 3,3 faiz azalma qeydə alınıb. Amma ÜDM-in qeyri-neft sektorunda 3,1 faiz artımı müşahidə olunub. Buna baxmayaraq, ÜDM-in 35 faizinin sənaye sektorunun payına düşdüyünü nəzərə alsaq, neft-qaz sektorundakı azalma birbaşa ÜDM-dəki artım tempinə təsir göstərib. Nəticə etibarilə bu, ÜDM artım tempinin proqnoza nisbətən daha az olmasına gətirib çıxarıb. Bütövlükdə enerji sektorundakı azalma neftin dəyər ifadəsində azalma ilə deyil, daha çox hasilatın azalması və onun dünya bazar qiymətləri ilə əlaqəlidir. Belə ki, həmin müddətdə Azərbaycanda neft hasilatı 5,4 faiz azalıb. Bununla yanaşı, təbii qaz hasilatında 0,2 faiz artım qeydə alınıb. Ona görə də azalmanın əsas səbəbi enerji sektorunda hasilatın azalması ilə bağlıdır”.

Deputatın sözlərinə görə, pozitiv məqam ondan ibarətdir ki, qeyri-neft sektorunda artım dinamikası qorunub saxlanılıb:
“Təbii ki, enerji sektorunda hasilatın azalması iqtisadi artım tempinə birbaşa təsir göstərir. Bununla belə, nəzərə alsaq ki, proqnozun bir qədər azalmasına baxmayaraq, Azərbaycanda 2025-ci ilin sonunda ÜDM-də artım qeydə alınacaq. Artım tempinin əvvəlki proqnoza nisbətən aşağı olması ÜDM və iqtisadiyyatın inkişafı ilə bağlı hər hansı narahatlıq yaratmır. Əksinə, biz iqtisadiyyatın, xüsusən də ÜDM-in strukturunda transformasiyanı müşahidə edirik. Qeyri-neft sektorundakı artım hazırda iqtisadiyyatdakı inkişaf tempinin qorunub saxlanılmasına imkan yaradır. Lakin bu dinamika onu göstərir ki, qeyri-neft və qaz sektorunun həm ÜDM-də, həm ixracatda, həm də fiskal gəlirlərdə payının daha çox artırılmasına ehtiyac var ki, enerji sektorundakı dəyişikliklərin təsiri minimumlaşsın”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər üzvü Aydın Hüseynov isə vurğulayıb ki, yekun nəticə ilin sonunda bəlli olacaq:
“Məlumdur ki, həm beynəlxalq maliyyə institutları, həm də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 2025-ci il üçün verdiyi proqnozlara görə, ölkə iqtisadiyyatının 3,7 faizədək artacağı gözlənilir. Hesab edirəm ki, hər il olduğu kimi, bu il də proqnozlar özünü doğruldacaq. Sadəcə olaraq, nəticə ilin yekununda dəqiq bilinir. Ayrı-ayrı aylar üzrə yanaşdıqda, xüsusən də yay aylarında iqtisadi göstəricilər aşağı olur, amma sonrakı dövrlərdə artım müşahidə edilir. Yəni ilin yekun nəticələrinə baxsaq, proqnozların özünü doğrultduğunu görəcəyik. Hazırda proqnozdan cüzi aşağı göstərici müşahidə olunursa da, ilin sonrakı aylarında bu fərq aradan qalxacaq”.

Deputat əlavə edib ki, ölkə iqtisadiyyatının makroiqtisadi göstəriciləri dinamik və dayanıqlı şəkildə tənzimlənir:

"Digər tərəfdən, Azərbaycanın ixrac potensialı getdikcə daha da artır. Eyni zamanda daxili istehsal və iqtisadiyyatın bütün seqmentləri ilə bağlı proqnozlar da öz təsirini göstərəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Avqust 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri