Azərbaycanda unikal bank əmanətçilərinin sayı 200 minə yaxınlaşıb
Banco.az saytına istinadən Icma.az xəbər verir.
2025-ci ilin yekununda Azərbaycanda təxminən 194 min unikal bank əmanətçisi olub ki, bu da 2024-cü ilin yekunu ilə müqayisədə 81,3 % çoxdur.
Bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov bildirib.
"İl ərzində müddətli depozitlərin artımı da sürətlənib. 2024-cü ildə artım 1,8 milyard manat təşkil etdiyi halda, 2025-ci ildə 2,3 milyard manat olub. Bu, bank sektoruna inamın güclənməsi, sektorun əhalini özünə daha çox cəlb etməsinin göstəricisidir", - deyə o qeyd edib.
T.Kazımov Azərbaycanda əmanətlərin sığortalanması faizinin yeni metodologiya ilə müəyyən edilməsinə də münasibət bildirib: "Biz bu yanaşmanı öz təşəbbüsümüzlə, Əmanətlərin Sığortalanması Fondu ilə çox sıx əməkdaşlıq şəraitində həyata keçirmişik. İstəyimiz o idi ki, şəffaf, hamının başa düşdüyü bir qayda formalaşdırılsın. Çünki vaxtilə mənim üçün də həmişə sual idi ki, sığortalanma faizi niyə 12 %-dir? Biz bunu bir qayda formasına saldıq ki, hamı başa düşsün ki, faiz dəyişirsə, niyə dəyişir?"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 04 Fevral 2026 12:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















