Azərbaycanda bankların əmanətçilərinin sayı 40 % dən çox artıb
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əgər 2023-cü ilin sonuna Azərbaycan banklarının 106 min unikal əmanətçisi olubsa, 2024-cü ilin sonunda bu rəqəm 44 min çox - 150 min nəfər təşkil edib.
“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Bu da il ərzində 40 %-dən çox artım deməkdir. Əmanətçilərin 77,6 %-nin vəsaiti 30 min manata qədərdir. Bu, banklar arasında rəqabətin güclənməsinin nəticəsidir. Ümid edirik ki, bu artım tempi davam edəcək", - deyə o qeyd edib.

Bank əmanətçilərinin depozit gəlirləri 45% artıb
01 Oktyabr 2025 11:57
Azərbaycanda ödəniş kartlarının sayı 17%dən çox artıb
06 Yanvar 2025 10:04
Azərbaycanda vergi ödəyicilərinin sayı 5 % dən çox artıb
20 Fevral 2025 10:40
Azərbaycanda kommersiya qurumlarının sayı 8% dən çox artıb
13 Mart 2025 11:00
Azərbaycanda məktəblərdəki kompüterlərin sayı 19 % dən çox artıb
08 Sentyabr 2025 15:53

