Icma.az
close
up
RU
Azərbaycanda universitetdə təhsil 3 il OLACAQ?

Azərbaycanda universitetdə təhsil 3 il OLACAQ?

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Son vaxtlar təhsil sistemi ilə bağlı müzakirə olunan mövzulardan biri də ali təhsil müddətinin azaldılması ilə bağlıdır. 

Hazırda Avropanın bir sıra ölkəsində, məsələn, Almaniya, Fransa, İtaliyada bakalavr təhsili 3 ildir. Türkiyədə 12 illik orta təhsildən sonra ali təhsildə Avropa standartlarına yeni keçidə hazırlaşır. Belə ki, Türkiyədə universitet təhsilinin müddəti 3 ilə endirilə bilər. 

Türkiyə Prezidenti bu islahatların Avropa ölkələrindəki təcrübələrə uyğun olaraq tələbələrin 3 ildə məzun olmasına imkan verəcəyini bildirib. O, bu dəyişikliklərin ali təhsil sistemini daha səmərəli və beynəlxalq standartlara uyğun hala gətirəcəyini vurğulayıb. Hazırda isə ölkəmizdə ali təhsil müddəti 4 ildir. Azərbaycanda 3 illik ali təhsil sisteminə keçmək mümkündürmü və bu proses ödənişli sistem üçün problem yaradacaqmı? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, ümumiyyətlə, bu mövzunun son vaxtlar rəsmi səviyyələrdə də müzakirələri aparılır: 

“Hətta Parlamentin Elm və Təhsil Komitəsinin iclaslarında da bu kimi məsələlər müzakirə olunub. Gözlənilir ki, qəbul olunacaq “Təhsil haqqında” yeni qanunda da bir sıra dəyişikliklər olacaq. Yəqin ki, bu məsələ də nəzərə alınacaq. Çünki bəzi humanitar ixtisaslar var ki, mütəxəssislər, xüsusilə də Elm və Təhsil Komitəsinin üzvləri bunun üçün 4 il oxumağa ehtiyac olmadığını bildirirlər. 

Digər bir məsələ də odur ki, bu gün Azərbaycanda 12 illik təhsil var. Hazırda 5 yaşlılardan ibarət xüsusi qruplar məktəbə cəlb olunurlar və 6 yaşdan sonra artıq 11 il təhsil alırlar. Bu, onu göstərir ki, biz yalnız proqram olaraq bunu qəbul etməmişik. Ancaq praktik olaraq bu təcrübədə var. Yəni 5 yaşlıları təhsil cəlb etməklə artıq onlar 12 il təhsil almış olur. 

Sadəcə beynəlxalq standartlara uyğun, məsələn, Türkiyə modelini tətbiq etməklə bu prosesi həyata davam etdirə bilərik. Böyük ehtimalla o tətbiq olunarsa, bizim ali təhsil müəssisələrinə qəbul qaydalarında da yenilik gözləyirik. Əgər biz 12 illik beynəlxalq təcrübəni götürürüksə, ictimaiyyətin, xalqın da parlamentdən gözləntisi odur ki, yeni “Təhsil haqqında” Qanunda bəzi dəyişiklikləri nəzərə alsın. 

Burada distant, onlayn təhsillə bağlı məsələni göstərmək olar. Bu gün bir çox məhkəmə çəkişməsi var ki, insanlar diplomlarını tanıtdıra bilmirlər. Halbuki dünyanın hər yerində distant təhsil sistemi qəbul olunur. Ancaq bizdə təəssüf ki, hələ qanun qəbul olunmayıb”. 

Digər bir məsələ də odur ki, xarici ölkələrin ali təhsl müəssisələrinə qəbulda Azərbaycanda orta məktəbi bitirən abituriyentlərlə bağlı problemlər yaşanır:

“SAT deyilən qəbul qaydası var ki, ordakı standartı təmin etməklə istənilən ölkədə ali təhsil müəssisələrinə qəbul aparıla bilərdi. Ancaq 12 illik təhsil proqramı tətbiq edilmədiyinə görə dünya bizim ümumtəhsil məktəbi haqqında proqramımızı, məzunlarımızı qəbul eləmir”. 

Ekspert ümumilikdə bu qərarın belə tezliklə qəbul olunacağına inanmır:
“Keçid mərhələsinə başlasaq, yəni maddi-texniki baza, qanunvericiliyin tələbləri uyğunlaşdırılmalıdır. Ali təhsil müəssisələrində də ödəniş yeni qəbul olunanlara tətbiq olunacaq. Artıq qəbul olunanlar 4 illik bakalavr səviyyəsini bitirəcəklər. Onsuz da bizim universitetlərdə öncədən ödəniş yoxdur. Yəni I kurs istisna olmaqla mərhələli ödəniş var. Ona görə də düşünmürəm ki, bu, hansısa problem yaradacaq. Sadəcə əgər qanun qəbul olunsa, tələbələrə qəbul olunduğu ildən şamil olunacaq”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: universitet təhsil Məzahir Məmmədli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Oktyabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see399

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see383

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see313

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see308

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see233

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see217

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see215

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see213

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see206

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see203

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see193

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see190

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see188

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see182

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see181

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see180

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see178

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see165

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri