Azərbaycanda universitetlərə qəbulda rekord göstərici qeydə alınıb
Icma.az, Missiya.az saytına istinadən bildirir.
Bu il Azərbaycanda 60 min tələbə yerli universitetlərə qəbul olub ki, bu da rekord göstərici hesab edilir.
Missiya.Az "Report"-a istinadən xəbər verir ki, bunu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Bakıda keçirilən Avrasiya Universitetləri Sammitində bildirib.
"Azərbaycanda yerli universitetlərə qəbul olan tələbələrin sayı ildən-ilə artıb və 2000-ci illərin əvvəllərində qeydə alınan 27 mindən 60 minə çatıb. Bu da maksimum göstəricidir", - nazir qeyd edib.
O vurğulayıb ki, paralel olaraq xaricdə təhsil almağa qərar verən azərbaycanlı tələbələrin sayı da əhəmiyyətli dərəcədə artıb: "Yerli universitetlərə daxil ola bilməyənlərin bir çoxu təhsillərini digər ölkələrdə davam etdirməyi üstün tutur".
Nazir, həmçinin əlavə edib ki, ölkədə ali təhsilli tələbələrin sayının sürətlə artması gənclərin şüurlu seçiminin nəticəsidir və cəmiyyətdəki iqtisadi, eləcə də sosial dəyişiklikləri əks etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 24 Sentyabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















