Icma.az
close
up
RU
Azərbaycanda aqrar sığorta ödənişlərində rekord göstərici qeydə alınıb

Azərbaycanda aqrar sığorta ödənişlərində rekord göstərici qeydə alınıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 10 iyul, AZƏRTAC

Aqrar Sığorta Fondu 2025-ci ilin yanvar-iyun aylarında həyata keçirilən sığorta ödənişlərini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Fondun məlumatına görə, ilin ilk 6 ayında müxtəlif hadisələrdən zərər çəkmiş fermer və təsərrüfatlara, ümumilikdə, 4 milyon 435 min manat aqrar sığorta ödənişi edilib.

Ötən ilin eyni dövrünə nisbətən ümumi sığorta ödənişlərində 55 faiz, əkin sahələri üzrə sığorta ödənişlərində isə təqribən 2 dəfə artım baş verib.

Xatırladaq ki, 2024-cü ilin eyni dövründə ölkədə 2 milyon 864 min manat sığorta ödənişi həyata keçirilmişdi.

Fondun məlumatına görə, 2025-ci ilin yanvar-iyun aylarında həyata keçirilən 4 milyon 435 min manat sığorta ödənişindən 4 milyon 246 min manat əkin sahələri üzrə, 189 min manat sığorta ödənişi isə heyvandarlıq təsərrüfatları üzrə olub.

Təxminən 17 min hektar əkin sahəsində baş verən hadisələrə görə aqrar sığorta ödənişləri ötən illə müqayisədə 90 faiz artaraq, indiyədək ən yüksək həddə çatıb. Xatırladaq ki, 2024-cü ilin ilk yarım ilində əkin sahələri üzrə 2,2 milyon manat sığorta ödənişi edilmişdi.

İlk yarım ildə ən böyük sığorta ödənişləri buğda-arpa (2,5 milyon manat), pambıq (577 min manat), qarğıdalı (447 min manat), günəbaxan (196 min manat) və tütün bitkiləri (174 min manat) üzrə həyata keçirilib. Bundan başqa, ilk yarım ildə meyvə bağları üzrə 170 min manata yaxın sığorta ödənişi edilib.

Yanvar-iyun aylarında ən çox sığorta ödənişi həyata keçirilən rayonlar arasında Füzuli (645,5 min manat), Ağcabədi (607,4 min manat), Tovuz (322 min manat), Tərtər (301 min manat) və Ağsu (273 min manat) yer alır.

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 İyul 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri