Icma.az
close
up
RU
Azərbaycanda uşaq dünyaya gətirən uşaqlar Dəhşətli STATİSTİKA

Azərbaycanda uşaq dünyaya gətirən uşaqlar Dəhşətli STATİSTİKA

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Müasir Azərbaycan cəmiyyətində əxlaqi, sosial və hüquqi problemlərin içərisində bəlkə də ən ağır və narahatedici məsələlərdən biri "uşaq dünyaya gətirən uşaqlar" - yəni erkən yaşda ana olan qız uşaqları problemidir. Bu məsələ sadəcə bir şəxsin taleyi ilə məhdudlaşmır, bütöv bir cəmiyyətin gələcəyinə vurulan zərbə kimi qiymətləndirilməlidir. 

"Uşaq dünyaya gətirən uşaq" ifadəsi sadə bir cümlə kimi səslənsə də, əslində, dərin bir dramatik həqiqəti əks etdirir. 13-17 yaş arası qızların evləndirilməsi və ana olması, onların fiziki və psixoloji inkişafının tamamlanmadığı bir dövrdə ağır məsuliyyət daşımaq məcburiyyətində qalması deməkdir. Bu, həm hüquqi, həm də insani baxımdan qəbuledilməzdir. 

Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və bəzi qeyri-hökumət təşkilatlarının hesabatlarında hər il onlarla azyaşlı qızın ana olduğu göstərilir. Bəzi hallarda bu faktlar gizlədilir, nikahlar qeyri-rəsmi olur və nəticədə belə uşaqların hüquqları tamamilə pozulur. Toyuqlu pizza

Bu halların daha çox kənd yerlərində və təhsildən uzaq bölgələrdə qeydə alınması, problemin kökündə maarifləndirmə çatışmazlığının və patriarxal stereotiplərin dayandığını göstərir.

Erkən yaşda ana olan qız uşaqları 

- təhsildən uzaqlaşdırılır;

- uşaqkən uşaq böyütmək məcburiyyətində qalır;

- ciddi psixoloji travmalar yaşayır;

- ağlamlıq baxımından ağır risklərlə üzləşir;

 - hüquqlarını bilmədən, cəmiyyətin təzyiqi altında susmağa məcbur olur.

Ekspertlər deyirlər ki, problemin kökündə aşağıdakılar dayanır:

- Cahillik və təhsilsizlik – Valideynlərin, xüsusən də ata-anaların maarifsizliyi qız uşaqlarını "tez ərə vermək" kimi köhnə adətlərə bağlı saxlayır:

- Cəmiyyətin susqunluğu – Qonşular, qohumlar, yerli icmalar çox zaman bu hallara göz yumur, "adət belədir" deyə susurlar.

- Qeyri-rəsmi nikahlar – Rəsmi nikah olmadan, sadəcə molla kəbinindən sonra azyaşlı qızın ərə getməsi ilə qanunsuzluq ört-basdır edilir.

Azərbaycanda Ailə Məcəlləsinə edilən dəyişikliyə əsasən, bu il iyulun 1-dən etibarən yalnız 18 yaş nikah yaşı olaraq müəyyən edilib və bundan əvvəlki bütün istisnalar ləğv olunub.

Statistikalar isə hələ də erkən nikahla bağlı vəziyyətin ürəkaçan olmadığını göstərir.

Hər il erkən evliliklərin sayı 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı ilə müəyyən edilir.

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, 2024-cü ildə 18 yaşınadək analar tərəfindən 1279 uşaq dünyaya gətirilib. Bu göstərici 2023-cü illə nisbətən azalıb. Belə ki, 2023-cü ildə erkən nikah nəticəsində doğulan uşaqların sayı 1742 idi.  

Ən çox hansı rayonlardadır?

Mərkəzi Aran iqtisadi rayonu 167 uşaqla siyahıya başçılıq edir. Bu rayona daxil olan Yevlaxda 18 yaşına çatmayan qadınlar tərəfindən 71 uşaq, Kürdəmir və Ucarın hər birində 24 uşaq dünyaya gəlib.

Qarabağ iqtisadi rayonu 164 uşaqla ikinci sıradadır. Ən çox göstərici Ağcabədi (55 uşaq) və Bərdə (43 uşaq) rayonlarında müşahidə olunur.

Qazax-Tovuz iqtisadi rayonu üzrə 18 yaşadək analar tərəfindən doğulan 163 uşaq qeydə alınıb. Şəmkir rayonu burada 69 uşaqla fərqlənir. Bundan başqa Gədəbəydə 37, Tovuzda 30 uşağın anasının yaşı 18-dən aşağıdır.

Lənkəran-Astara iqtisadi rayonu 160 uşaqla dördüncü sırada yer alır. Bu rayonda ən çox doğum 80 uşaqla Cəlilabad və 30 uşaqla Masallı rayonlarında olub.

Mil-Muğan iqtisadi rayonu isə 141 erkən doğumla ilk beşliyi tamamlayır. Sabirabad rayonunda erkən nikah nəticəsində doğulan uşaqların sayı 61, İmişlidə isə 37-dir.

Ən aşağı göstəricilər

Şərqi Zəngəzur iqtisadi rayonu ümumilikdə 28 uşaqla ən aşağı göstəriciyə sahibdir. Burada ən yüksək rəqəm Kəlbəcərdədir. Belə ki, Kəlbəcərdə 14 uşağı 18 yaşına çatmamış ana dünyaya gətirib, digər rayonlarda isə rəqəmlər 2-5 arasında dəyişir.

Abşeron-Xızı iqtisadi rayonu 30 uşaqla ən aşağı göstəriciyə sahib olan ikinci regiondur. Regiona daxil olan Abşeron rayonunda 18, Sumqayıtda 8, Xızıda isə 4 uşaq erkən nikah sonrası dünyaya gəlib.

Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında da göstəricilər nisbətən aşağı səviyyədədir. 18 yaşına çatmadan uşaq dünyaya gətirən anaların sayı müvafiq olaraq 40 və 39-dur.

Naxçıvan Muxtar Respublikası

Naxçıvan MR-də ümumilikdə 49 uşaq 18 yaşına çatmayan ana tərəfindən dünyaya gətirilib.

Naxçıvan, Culfa və Şahbuzda erən nikah halı qeydə alınmayıb. Region üzrə ən yüksək göstərici 24 uşaqla Şərura, ən az göstərici isə 4 uşaqla Babəkə məxsusdur. Bundan başqa Ordubad və Sədərəkdə 6, Kəngərli rayonunda isə 9 uşaq erkən evlilikdən dünyaya gəlib. 

Bakı və Gəncə şəhərləri

2024-cü ildə paytaxtda 78 körpəni erkən ərə verilən qızlar dünyaya gətirib. 

Əhalisinə görə böyük şəhərlərimizdən hesab edilən Gəncədə isə bu göstərici 17-dir. 

Təkliflər

Uşaq yaşında qızların ana olmasının qarşısının alınması üçün nə etməli? Jurnalist Araşdırmaları Mərkəzi olaraq bu sual qarşısında aşağıdakı təklifləri irəli sürməyi vacib hesab edirik:

- Məktəblərdə və kənd icmalarında maarifləndirici proqramlar gücləndirilməlidir.

- Gənc qızların təhsildə və ictimai fəaliyyətdə iştirakı üçün təkanverici sosial layihələr həyata keçirilməlidir.

- Qeyri-rəsmi nikahlarla bağlı qanunvericilik mexanizmləri sərtləşdirilməlidir.

- Ailələrə və icmalara psixoloji və hüquqi dəstək xidmətləri göstərilməlidir.

- Sosial şəbəkələrdə bu məsələ barədə açıq dialoqlar qurulmalı, tabuya çevrilmiş mövzu olaraq deyil, ictimai təhlükə kimi müzakirə edilməlidir.

"Uşaq dünyaya gətirən uşaqlar" ifadəsi təkcə bir həyat hekayəsi deyil - bu, bir faciənin adıdır. Hər erkən evlilik və ana olan azyaşlı, cəmiyyətin gələcəyindən qoparılmış bir potensialdır. Bu problemin aradan qalxması üçün təkcə dövlətin deyil, hər bir vətəndaşın, müəllimin, jurnalistin, psixoloqun və valideynin üzərinə məsuliyyət düşür.

Susmaq – razılaşmaq deməkdir. Danışmaq – dəyişmək üçün ilk addımdır.

A. Zeynalov

Yazı “Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erkən nikah əleyhinə ictimai maarifləndirmənin gücləndirilməsi” layihəsi çərçivəsində hazırlanıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 02 İyul 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri