Icma.az
close
up
RU
Azərbaycanda uşaq evində qoturluq aşkarlanıb

Azərbaycanda uşaq evində qoturluq aşkarlanıb

Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

3 saylı Uşaq Evində qotur xəstəliyinin yayıldığı iddia olunur. Oxu.az xəbər verir ki, sosial şəbəkədə yayılan məlumatda 8 uşağın Dəri Zöhrəvi Xəstəxanasında müalicə aldığı bildirilir.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq qeyd olunub ki, oktyabrın 23-də 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə 3 nömrəli Uşaq Evindən 5 uşaqla bağlı müraciət daxil olub:

"Uşaqlar tibb heyəti tərəfindən müayinə olunub və diaqnozu təsdiq etmək üçün laborator analizə yönəldiliblər. Analizlərin nəticələrinə əsasən, uşaqlara qoturluq diaqnozu qoyulub. Pasiyentlər 10 gün müddətində stasionar müalicə aldıqdan sonra laborator müayinələrə əsasən sağalma ilə yenidən uşaq evinə geri göndəriliblər".

Sosial Xidmətlər Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, qurumun balansındakı müəssisələrdə uşaqların sağlamlığı daim diqqətdə saxlanır və aidiyyəti səhiyyə qurumları ilə əməkdaşlıq edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:15
embedMənbə:https://pravda.az
archiveBu xəbər 04 Noyabr 2024 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri