Icma.az
close
up
RU
Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

Azərbaycanın təbii qazını Bolqarıstana nəql edən IGB nin tədarük həcmi açıqlanıb

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan təbii qazının Bolqarıstana nəqlini həyata keçirən Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) kommersiya istismarına başlamasından indiyədək 34,5 milyon MVt/saatdan çox təbii qaz tədarük edilib.

Bu barədə 525.az layihənin operatoru ICGB-ə istinadən xəbər verir.

"İnterkonnektor həm Bolqarıstan üçün, həm də daha geniş regional kontekstdə enerji təhlükəsizliyinin gücləndirilməsində və tədarüklərin şaxələndirilməsində əsas rol oynamaqda davam edir. Sistemdə 45-dən çox bazar iştirakçısı qeydiyyatdan keçib və istifadəçilərin davamlı marağı var", - ICGB-nin bəyanatında qeyd olunub.

Operatorun məlumatına görə, Bolqarıstanın daxili qaz istehlakının 40 %-dən çoxu qışda IGB vasitəsilə ödənilir, yayda isə bu rəqəm 60 %-i ötür. Boru kəməri həmçinin Yunanıstana virtual revers tədarük etməyə imkan verir.

İstismar başlanandan indiyədək əks istiqamətdə artıq təxminən 2 milyon MVt/saat nəql edilib ki, bu da operatorun fikrincə, sistemin operativ çevikliyini nümayiş etdirir.

"ICGB Yunanıstan tərəfində müvafiq imkanlar mövcud olan kimi Komotinidəki qarşılıqlı əlaqə nöqtəsi (IP ICGB-DESFA) vasitəsilə Bolqarıstandan Yunanıstana əks axınların kommersiya məqsədli başlanmasına tam hazırdır. Həmin istiqamətdə bu fürsəti həyata keçirmək və regional qaz bazarının çevikliyini daha da artırmaq üçün Yunanıstanın DESFA operatoru ilə sıx əməkdaşlıq aparılır", - şirkət vurğulayıb.

Qeyd edək ki, IGB qaz kəməri Yunanıstanın milli qaz nəqli sistemini (DESFA SA operatoru) və Komotini ərazisindəki Trans Adriatik Boru Kəmərini (TAP AG) Stara Zaqora ərazisində Bolqarıstanın qaz nəqli sistemini (“Bulqartransqaz EAD”) birləşdirir.

Qaz kəmərinin uzunluğu 182 km, diametri 813 mm-dir. Layihə gücü Yunanıstan-Bolqarıstan istiqamətində ildə 3 milyard kubmetr qaz təşkil edir. İnfrastrukturun bitişik hissələrində bazar marağı və texniki məqsədəuyğunluq olsa, gücün ildə 5 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://525.az
archiveBu xəbər 06 İyun 2025 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri