Icma.az
close
up
RU
Azərbaycanda uşaqların “TikTok”a girişi QADAĞAN oluna bilər MÜHÜM AÇIQLAMA

Azərbaycanda uşaqların “TikTok”a girişi QADAĞAN oluna bilər MÜHÜM AÇIQLAMA

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Son illərdə sosial şəbəkələrsiz həyatı təsəvvür etmək olmur. İnsanlar xəbərləri ordan oxuyur, digər insanlarla fikir mübadiləsi aparır, öz bacarıqlarına uyğun fotolar, videolar çəkir başqaları ilə paylaşırlar. Artıq sosial şəbəkələr gəlir yerinə çevrilib.

Hər bir yeniliyin müsbət tərəfi olduğu kimi mənfi tərəfələri də var. Xüsusilə, son illər istifadəçi sayına görə önə çıxmış “TikTok” platformasından istifadə edən uşaqlar daha çox mənfi təsirə məruz qalırlar. Ona görə də bəzi ölkələrdə uşaqların bu platformadan istifadəsi məhdudlaşdırılıb.

Azərbaycanda da uşaqların “TikTok”a girişinin qadağan edilməsi təklif edilib. Bu təkliflə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov "Uşaqların kiber mühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət" mövzusunda keçirilən dəyirmi masada çıxış edib. O bildirib ki, bəzi ölkələrdə uşaqların tiktoka girişi qadağan edilib. Bizdə də bu istiqamətdə addım atılmalıdır.

Bəs bu necə tənzimlənə bilər?

Yenisabah.az xəbər verir ki, məsələ barədə Bizim.Media-ya danışan İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov deyib ki, hər hansı sosial şəbəkədə lokal uyğunlaşma, Azərbaycan üçün xüsusi tənzimlənmə yaradılması öz-özlüyündə çox da asan məsələ deyil:

“Beynəlxalq platformaların daxilində lokallaşma o platformalar üçün çox böyük iş tələb edir ki, onlar Azərbaycan girişləri üçün xüsusi bir həll yaratmalıdırlar. Bunun üçün “Tiktok” rəhbərliyi Azərbaycan üçün əlavə iş aparmalıdır, bunun üçün qanuni tənzimləmələr və digər məsələlər də həllini tapmalıdır. Amma başqa metodlar da var. Nümunə üçün maarifləndirmə işini deyə bilərik. Biz bunun üçün ölkədə maarifləndirmə işi aparmalıyıq. Həm qanun, həm vətəndaşların maarifləndirilməsi müstəvisində iş getməlidir”.

O, bildirib ki, digər bir məqam isə “Tiktok”un özünün tənzimləmələridir:

“Bu tənzimləmələrdə əgər bir fərd öz ailə üzvlərini orada qeyd edib, orada onun övladı olduğu haqda tənzimləmə apara bilsə, onun izləyəcəyi kontentləri seçə bilsə yaxşı olar. Məsələn, uşaq 18+ kontentlər, pornoqrafik, erotik, qeyri-etik sözlərin istifadə olunduğu kontentlər izləyə bilməsin. Və ya o seçə bilməlidir ki, ancaq maariflənmə kontentlərindən istifadə eləsin.

Daha öncə də ölkədə feysbukun qadağan olunması və ya vergi tətbiq olunması ilə bağlı çox fikir səslənmişdi. Bu, lokallaşma deməkdir. Lokallaşma beynəlxalq platformada hər ölkə üçün ayrı bir iş mexanizmi, iş axını yaradılması öz-özlüyündə çətin prosesdir. Bu həm platformalar üçün çətindir, həm də yerli qanunvericilik dəstəkləməlidir, əsaslı səbəblər olmalıdır, sosial tədqiqiatların nəticəsində qanunvericilik işləri aparılmalıdır. Yəni burada bir xeyli fəaliyyət planı əks olunmalıdır.

Digər bir məqam var ki, onlar bununla razılaşacaqlarmı ki, Azərbaycan üçün xüsusi tənzimləmələrdə iştirak etsinlər və öz platformalarında Azərbaycan üçün lokallaşma aparsınlar. Bunun üçün ən əsas məqamlardan biri də Azərbaycan onların bazarı üçün nə qədər gəlirli olduğunu bilmək laızmdır.

Tutaq ki, 9 milyondan çox internetə çıxışımız var və 6 milyonun üzərində müxtəlif sosial şəbəkə istifadəçimiz var. Bunların hər birinə baxanda ümumi 6 milyon sosial şəbəkələr istifadəçisi olan ölkənin sosial şəbəkələr üçün nə qədər böyük bir təsirə malik ola bilər ki, onlar əlavə iş axını yaratsınlar”.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 İyun 2025 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri