Icma.az
close
up
RU
Azərbaycanda “TikTok” qadağan edilir? KONKRET

Azərbaycanda “TikTok” qadağan edilir? KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sosial şəbəkələrdə insanların inancını, etiqadını təhqir etməkdə təqsirləndirlən iki tiktoker həbs olunub. “TikTok”da “Çevik” adı ilə tanınan Məqsəd Bağırov saxlanılıb. O, ictimai mənəviyyatı təhqir etmək, cəmiyyətə açıq hörmətsizlik, əxlaqsız ifadələrin səsləndirilməsində ittiham olunub və 10 sutka cəzalandırılıb. 1979-ci il təvəllüdlü Üzeyir Abas da Səbail Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada həbs edilib. Ümumiyyətlə, son dövrlər Azərbaycanda sosial şəbəkə fenomenləri və xüsusilə “TikTok” istifadəçilərinin inzibati qaydada həbs olunması halları artıb.

Baş verənlər fonunda Azərbaycanda “TikTok”la bağlı daha sərt məhdudiyyətlər və ya yeni qadağalar tətbiq oluna bilərmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Milli Məclisin insan hüquqları komitəsinin üzvü, deputat Razi Nurullayev deyib ki, “TikTok” istifadəçilərinin inzibati qaydada həbs olunması cəmiyyətdə onun bağlanması ilə bağlı narahatlıq yaratmamalıdır:

“TikTok”a qarşı daha sərt məhdudiyyətlərin tətbiq edilməsi və ya platformanın bağlanması gündəmdə yoxdur. Çünki dövlətin hədəfi platformanın özü deyil, buradakı qanun pozuntularıdır. Yəni məsuliyyət “TikTok” istifadə etdiyinə görə yox, qanunvericiliyin tələblərini pozduğuna əsasən yaranır. Son dövrlərdə qəbul edilən qanunvericilik dəyişiklikləri də bunu göstərir. Sosial şəbəkələrdə ictimai asayişi pozan, zorakılığı, əxlaqsız davranışı, təhqiri və ya digər qanunazidd hərəkətləri təşviq edən məzmunun yayılmasına artıq daha ciddi hüquqi qiymət verilir. Hüquq-mühafizə orqanlarının son addımları da qanunların tətbiqini gücləndirməyə hesablanıb. Bu baxımdan yaxın gələcəkdə “TikTok”un qadağan ediləcəyini gözləmirəm”.

Deputat bildirib ki, belə bir qərar həm sosial, həm də iqtisadi nəticələr doğura bilər:

“Bu gün minlərlə insan “TikTok”dan biznesini tanıtmaq, məhsul satmaq, maarifləndirici məzmun hazırlamaq və ya gəlir əldə etmək üçün istifadə edir. Platformanın tam bağlanması qanunu pozmayan istifadəçilərin də maraqlarına toxuna bilər. Daha real görünən ssenari isə nəzarətin gücləndirilməsidir. Yəni canlı yayımların daha ciddi izlənilməsi, qanunsuz məzmunun operativ silinməsi, platformanın dövlət orqanları ilə əməkdaşlıq öhdəliklərinin artırılması və qanun pozuntularına görə məsuliyyətin sərtləşdirilməsi üzərində işlərin görülməsidir. Dünyanın bir çox ölkəsində də məhz bu model tətbiq olunur. Dövlətlər sosial şəbəkələri tam qadağan etməkdən daha çox, onları milli qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməyə məcbur etməyə çalışırlar”.

R.Nurullayevin sözlərinə görə, əsas məqsəd rəqəmsal məkanda məsuliyyət hissini artırmaq ibarətdir:

“Eyni zamanda, sosial şəbəkələrdə cəzasızlıq mühitinin formalaşmasının qarşısını almaq və hər kəs üçün eyni hüquqi qaydaların işləməsini təmin etməkdir. İnternet azadlığı vacib dəyərdir, lakin bu azadlıq heç vaxt qanundan üstün ola bilməz. Rəqəmsal platformalar cəmiyyətin bir hissəsinə çevrilibsə, orada da real həyatda olduğu kimi hüquq və məsuliyyət arasında tarazlıq qorunmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 İyul 2026 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri