Icma.az
close
up
RU
Azərbaycanda vergi siyasəti kifayət qədər yumşaqdır Tahir Mirkişili

Azərbaycanda vergi siyasəti kifayət qədər yumşaqdır Tahir Mirkişili

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Azərbaycanda vergi siyasəti kifayət qədər yumşaqdır.
Avtosfer.az xəbər verir ki, bunu deputat Tahir Mirkişili Milli Məclisin bugünkü plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsi və 16 qanuna təklif edilən dəyişikliklər paketinin I oxunuşda müzakirəsində bildirib.
"Vergi dövlət büdcəsinin ən təbii və ən doğru gəlir mənbəyidir. Biz əgər büdcənin gəlirlərinin böyük hissəsinin vergi hesabına formalaşmasına nail olsaq, bu Azərbaycan dövlətinin iqtisadi siyasətində əldə etdiyi ən böyük nəticələrdən biri olar. Hazırda büdcə gəlirlərinin hər 100 manatından 44 manatı verginin hesabına, 18 manatı gömrüyün hesabına formalaşır. Müqayisə üçün deyim ki, Gürcüstanda büdcə gəlirlərinin 78 %-i vergi hesabına formalaşır. Türkiyədə isə bu nisbət 86 %-dir. Mən bu rəqəmlərlə göstərirəm ki, Azərbaycanda vergi siyasəti kifayət qədər yumşaq, vergi yükü digər ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır və dövlətin iqtisadi siyasətini həqiqətən sosialyönümlü olduğunu deməyə əsas verir", - deyə o qeyd edib.
Bundan başqa, deputatın sözlərinə görə, vergi dərəcələrinin deyil, vergi bazasının artması ilə bağlı işlər görmək lazımdır: "Azərbaycanda vergi dərəcələri qanunla müəyyən olunur və son illərdə mən xatırlamıram ki, hər hansı vergi dərəcəsinin artması ilə bağlı Milli Məclisə qanun layihəsi daxil olunub. Biz həmişə vergi güzəştləri ilə bağlı danışmışıq, vergilərdən azad olunma ilə bağlı danışmışıq. Hazırda Azərbaycanda dövlət büdcəsinin gəlirlərinin 20 %-i qədər - 7,3 milyard manat azadolmalar mövcuddur. Bunun təxminən 3,5 milyar manatı gömrükdən azadolmalardır, 3,8 milyard manatı isə sahibkarlıqdan azadolmalardır".
"İstənilən vergidə güzəştlər məqsədli və müddətli olur. Məsələn, sənaye parkları 10 il müddətinə vergidən azaddırlar. Məqsədimiz də aydındır: vergi bazasının artması, daha çox insan və sahibkarların şəffaflaşması. Fiziki şəxslərin gəlir vergisi 2018-ci ildə vergidən azad olunmuşdu. Mən rəqəmlərə baxdım, son 7 ildə Azərbaycanda əmək haqqı fondu 2,7 dəfə artıb. 2018-də gəlir vergisini 8 min manata qədər sıfır etsək də, amma sosial sığorta ödənişlərini olduğu kimi saxlamışıq. Keçən dövr ərzində Fondun gəlirləri 3,4 dəfə artıb. Bu o deməkdir ki, bəzi zaman vergini hətta aşağı endirdiyimiz zaman dövlətin makroiqtisadi siyasətinə nail olmaq, hədəflərə çatmaq mümkündür. ​Bu istiqamətdə mən düşünürəm ki, Azərbaycan dövlətinin, xüsusən hökumətin apardığı vergi siyasəti kifayət qədər effektivdir, yumşaqdır və eyni zamanda gəlirlərə və öz ölkənin sosial vəziyyətinə uyğunlaşan bir siyasətdir. Bu baxımdan vergi istiqamətində təklif olunmuş dəyişiklikləri mən dəstəkləyirəm. Hesab edirəm ki, indiki təqdim olunmuş rəqəmlər də gələcəkdə bu istiqamətdə daha çox nəticə əldə etməyə imkan verəcək. Hesab edirəm ki, Azərbaycanda həm də nail olacağımız ən mühüm göstəricilərdən biri məşğulluğun artması və daha çox iş yerlərinin açılmasıdır"./İndex

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 Noyabr 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri