Icma.az
close
up
RU
Tahir Mirkişili: Regionda yeni bir səhifə açılır

Tahir Mirkişili: Regionda yeni bir səhifə açılır

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"ABŞ-də Azərbaycan Ermənistan, Azərbaycan ABŞ arasında bir sıra razılaşmaların imzalanması tarixi bir gün olacaq".

Bu sözləri Oxu.Az-a açıqlamasında deputat Tahir Mirkişili deyib.

O bildirib ki, 30 ildən çox davam edən işğalçı müharibəyə son qoyulması yolunda ilkin razılaşma, ATƏT-in Minsk qrupunun ləğv edilməsi, Naxçıvana maneəsiz gediş-gəliş, ABŞ münasibətlərin yenidən qurulması və s. kimi məsələlər regionda yeni bir səhifənin açılması deməkdir:

"Bu səhifəni açan və orada nə yazılacağını müəyyən edən Azərbaycan Prezidenti İlham Əliyevdir. Bu sadaladığım məsələlər hələ 2020-ci ildən onun tərəfindən sülh prinsipləri kimi irəli sürülmüşdü. Bu prinsiplərin qəbul etdirilməsi (qədul edilməsi deyil) üçün Azərbaycan böyük bir yol keçdi. Separatçılığa son qoydu, gücünün daimi və sarsılmaz olduğunu dəfələrlə sübut etdi, xalqın iradəsinin yenilməz olduğunu bütün dünyaya sübut etdi.

Razılaşmalardan Azərbaycanın əldə edəcəyi faydalar həm tarixidir, həm də iqtisadi və geosiyasidir. Uzun illər bizim inkişafımıza, regionun təhlükəsizliyinə ciddi maneə olan münaqişəyə son qoyulması, Ermənistanın tək müharibədə deyil, sülh prosesində də təslim olması bütün region üçün tarixi hadisədir. Bu hadisə nəhayət ki, regionumuzun Azərbaycanın liderliyi ilə müstəqil, ləyaqətli həyat şəraitində inkişaf etməsinə səbəb olacaq".

Deputatın sözlərinə görə, dayanıqlı sülhün əldə edilməsi, Zəngəzurdan keçən kommunikasiya xəttlərinin açılması Azərbaycan iqtisadiyyatı üçün mühüm faydalar vəd edir:

"Tranzit əlaqələrin həcminin artması, Şərq və Qərb arasında mühüm bir regiona çevrilmək, investisiyaların güclənməsi və iqtisadi gəlirlərin həcminin artması iqtisadiyyatımıza mühüm müsbət təsir edəcəkdir. Azərbaycanın gündəliyində böyük iqtisadi layihələr var. Bu layihələrin həyata keçməsi üçün regionda sülhün və təhlükəsizliyin təmin olunması vacibdir. Azərbaycan dövlətinin gücü və onun liderinin nüfuzu indiki tarixi şəraitdə bunu həyata keçirməyə imkan verir.

Eyni zamanda, ABŞ kimi dünyanın mühüm siyasi və iqtisadi mərkəzi ilə əlaqələrin inkişaf etdirilməsində yeni səhifənin açılması fikrimcə hər iki dövlət üçün faydalı olacaqdır.

Vaşinqtondakı görüşün gündəliyinin Azərbaycan Prezidenti müəyyən edib. Əminəm ki, imzalan razılaşmalar Azərbaycanı geosiyasi və geoiqtisadi baxımından yeni bir səviyyəyə qaldıracaqdır".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Avqust 2025 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see581

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see535

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see395

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see305

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see280

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see266

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see246

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see243

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see243

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see238

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see221

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see214

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see214

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see211

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see208

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see207

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri