Azərbaycanda yaşayan Ukrayna vətəndaşının Danimarkadakı uşaq evinə yerləşdirilmiş övladları geri qaytarılıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
Azərbaycanda müvəqqəti yaşayan Ukrayna vətəndaşının Danimarkada uşaq evinə yerləşdirilmiş azyaşlı övladları geri qaytarılıb.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.
Qeyd edilib ki, ərizəçi, Azərbaycanda müvəqqəti yaşayan Ukrayna vətəndaşı M. Ombudsmana müraciət edərək, Danimarkada hüquq pozuntusuna yol verilməklə uşaq evinə yerləşdirilmiş azyaşlı övladlarının Azərbaycan Respublikasına qayıtmaları ilə bağlı tədbirlərin görülməsində köməklik göstərilməsini xahiş edib. Ombudsmanın müdaxiləsi, habelə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Danimarkanın Sosial İşlər və Ahıl Şəxslərin Məsələləri üzrə Nazirliyi ilə əməkdaşlıqda görülən tədbirlər nəticəsində uşaqlar ailəsinə qaytarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 03 Mart 2025 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















