Icma.az
close
up
RU
Azərbaycanda yeni dəb: Cadudan qurtulmaq üçün adlarını gizli dəyişirlər

Azərbaycanda yeni dəb: Cadudan qurtulmaq üçün adlarını gizli dəyişirlər

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Son dövrlər cəmiyyətdə müzakirələrə səbəb olan inanc formalaşıb. 

Bəzi insanlar həyatlarında yaşadıqları uğursuzluqları, psixoloji gərginlikləri və ya ard-arda baş verən problemləri öz adları ilə əlaqələndirərək çıxış yolunu onu dəyişməkdə görürlər. İddialara görə, bu proses rəsmi qaydada deyil, gizli şəkildə əsasən məscidlərdə və ya dini bilik sahibi olduğu deyilən şəxslərin vasitəsilə həyata keçirilir. 

Ad dəyişikliyi yalnız iki nəfər arasında qalır, yeni ad ictimaiyyətə açıqlanmır və guya bununla da problemlər “köhnə adlı” insanı tapa bilmir. Sürətlə yayılan bu inanc cəmiyyətdə ciddi suallar doğurur. 

Problemlərdən xilas olmaq üçün ad dəyişməyin dini əsası varmı? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, dinimizə görə, sadəcə mənfi mənalara gələn adlar dəyişə bilər: 

“Adın insan taleyinə mənfi, yaxud müsbət təsiri ilə bağlı inanc mövhumatdır. Təəssüf ki, din inkişaf etdikdə xurafat və mövhumat da inkişaf edir. Bəzi cadugərlər və falçılar sadəlövh adamları inandırıblar ki, guya ad dəyişəndə, adama cadu təsir etmir. Yəni cadunu həyata keçirən şər qüvvələr, şeytanlar həmin adda adamı gəlib tapa bilmirlər. 

Çünki o, adını dəyişib. Çox gülüncdür. Dinimizə görə sadəcə mənfi mənalara gələn adlar dəyişə bilər. Yəni adın mənası Allaha üsyan xarakteri daşımamalı, günah mənalara gəlməməlidir. Başqa məsələyə görə ad dəyişmək ənənəsi yoxdur”. 

Onun sözlərinə görə, insanlar qədimdən etibarən problemlərdən qurtuluş yolu axtarıblar, bəzən də belə inanclara üz tutublar: 

“Ad dəyişməklə problemlərdən xilas olmaq olmaz. Şəxsiyyət yerindədirsə, adın əhəmiyyəti yoxdur. İnsan adını yox, həyatını dəyişməlidir ki, çətinlikləri dəf etsin. Xasiyyətini, vərdişini, yaşamını, iş və həyat prinsiplərində yenilik etməlidir ki, nəyəsə nail olsun. Həzrət Muhəmməd Peyğəmbərin (s.) buyuruqlarında və həyatında da ad dəyişmək nümunələri var. Amma bu, problemlərdən xilas yolu deyil”. 

İlahiyyatçı qeyd edib ki, İslamdan əvvəlki bütpərəstlikdə küfr mənalara gələn adlar vardı: 

“Məsələn, Əbdüşşəms, yəni Günəşin qulu. Peyğəmbər onu dəyişib Abdullah, Allahın bəndəsi kimi əvəzlədi. Yoxsa bu məsələnin çətinliklərdən xilas olmaq vasitəsi kimi xarakterizə olunması yanlışdır. Problemlər əgər qədər, ilahi yazıdırsa insan ad dəyişməklə ondan qaça bilməz. 

Yox, əgər insanın öz yaşamı ilə bağlıdırsa, demək, həyatını əməli, əxlaqı, çalışması ilə dəyişə bilər. Ad dəyişmənin guya çətinliklərdən qurtuluş yolu olduğunu falçılar və cadugərlər dəbə salıb. Heç bir əsası yoxdur”.
Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: ad dəyişmək Tural İrfan

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Dekabr 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see256

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see218

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see213

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see197

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see184

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see176

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see153

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri