Icma.az
close
up
RU
Adı dəyişməmək insanı cadudan qoruyur? Numeroloqdan ilginc açıqlama

Adı dəyişməmək insanı cadudan qoruyur? Numeroloqdan ilginc açıqlama

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Bəzən illərlə tanıdığımız insanların doğum şəhadətnaməsinə baxdıqda, adının və doğum tarixinin fərqli olduğunu görürük. 

Yəni sənəddəki ad və ya doğum tarixi indiyə qədər bildiyimiz məlumatlardan tamamilə fərqli olur. Bunu “göz”, “nəzər” və “cadu”dan qorumaqla əlaqələndirirlər və valideynlər uşağın adını rəsmi sənədlərdə fərqli,  gündəlik həyatda başqa adla çağırırlar. Bəs bu cür halların uşağın gələcəkdə şəxsiyyətinə və sosial həyatına bir təsiri varmı?

 Mövzu ilə bağlı “Cebheinfo.az”a açıqlamasında numeroloq Kəmalə Mürsəlova bildirib ki, ad dəyişdirməyə münasibət numeroloqlar arasında fərqlidir. O, ad dəyişmə halına müsbət baxmadığını bildirib: 

“Bəziləri deyirlər  ki, adını dəyişsən, işlərin yaxşı gedəcək. Mən isə belə yanaşmalara müsbət baxmıram. Niyə? Çünki insan dünyaya gələndə artıq özü ilə adını da gətirir. Bu, elə bil əvvəlcədən müəyyənləşdirilmiş olur. 

Uşaq doğulur, 3-4 gün ad qoymurlar, bəzən ata başqa, ana başqa ad təklif edir, amma sonda təsadüfən seçilmiş kimi görünən ad əslində ruhun iştirakı ilə, yuxarıdan yazılmış şəkildə müəyyənləşir. Ya da kimsə yuxuda uşağın adını görür. İnsanın adı onun bu gün nə etməli olduğunu da özündə daşıyır.

Əgər biz onu dəyişiriksə, bu, bir növ Allahın işinə müdaxilədir. Ona görə mən belə şeylərə müsbət baxmıram. Düşünürəm ki, bu, doğru variantdır”.

Numeroloq qeyd edib ki, hazırda çox insan adını dəyişir, amma çox vaxt bunu savadsız şəkildə edirlər: 

“Hazırda çox insan bildi-bilmədi, adını dəyişir. Məsələn, mənim bir numeroloq olaraq, kiminsə adını dəyişməyə ixtiyarım yoxdur. Düzdür, dəyişiklik etmək olar, amma bu zaman mən məsləhət görürəm ki, əvvəlcə Allaha üz tutub dua etsinlər. Üç gün ərzində hansı adın uyğun olacağı barədə işarələr gələ bilər. 

İnsan bir neçə ad seçir, mən isə onların enerjisinə baxıram və çakraları dolduran adları məsləhət görürəm. Amma seçim yenə şəxsin özünündür. Ağıllı insan kiminsə karmasına girməz”. Kəmalə Mürsəlovanın sözlərinə görə, “göz” və “nəzər” anlayışları numeroloji analizlərdə də öz əksini tapır: 

““Göz”, “nəzər” anlayışları da bu analizlərdə çıxır. Elə insanlar var ki, vəsvəsə ilə yaşayırlar. Özünə və uşaqlarına cadu ediləcəyindən qorxurlar. Gedirlər molla vasitəsilə gizli ad qoyurlar. Adətən, qadınlara Fatimə və ya Zəhra adı verilir. Soruşanda deyirlər ki, gizli adım Fatimədir, Zəhradır. Bu adətin səbəbi odur ki, guya əsas ada cadu ediləndə təsir etməsin. Amma əgər insan yuxarıdan həmin adla gəlibsə, taleyində o enerjilər varsa, onsuz da həmin hadisə baş verə bilər. 

Yəni həmin şəxsin taleyində ona cadu oluna bilərmi, hamısı analizdə görünür.  Çünki biz özümüz buna çox vaxt icazə veririk. O varsa, həmin adam onsuz da vəsvəsəyə düşəcək. Bunlar elə-belə şeylər deyil”. Numeroloq bildirib ki, ad dəyişmək taleyi dəyişə bilər, amma bunun da riskləri var: 

“Ad dəyişməklə taleyi dəyişmək mümkündür, amma bu, müəyyən qaydalarla olur. Məsələn, əgər bir insanın 5-6 çakrası boşdursa, adın yanına uyğun əlavələr edərək onları doldurmaq olar. Mən bu prosesdə həmin şəxsin həyatında dəyişikliklərin müsbət və ya mənfi olduğunu da izləyirəm. Elə hallar olub ki, adını dəyişənlərin həyatı yaxşılaşıb, amma elələri də olub ki, vəziyyət daha da çətinləşib. 

Bu zaman yenə insanın pozitiv və neqativ yaşadığına qayıdırıq. Bu, insanın pozitiv və ya neqativ enerji daşımasından, həmçinin ata-ananın enerjisindən asılıdır. Sən neqativ bir insansansa, adını dəfələrlə dəyişsən də təsiri olmayacaq. Burada sənin enerjin, frekansın rol oynayır. Qısacası, mümkün qədər ad dəyişməmək daha yaxşıdır. Əgər dəyişilirsə, bunu mütləq peşəkar şəkildə etmək lazımdır. Çünki yeni ad bəzən yeni sınaqlar da gətirə bilər”.

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Avqust 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri