Icma.az
close
up
RU
Azərbaycanda yeni din: Kəbəni köçürmək istəyirlər İlahiyyatçı

Azərbaycanda yeni din: Kəbəni köçürmək istəyirlər İlahiyyatçı

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda Həcc ziyarətinə səfər tarixlərinin açıqlanmasından sonra qiymət məsələsi müzakirə edilir. Belə ki, ziyarət paketinin qiyməti 5950 ABŞ dollar, yəni 10 115 manatdır. Bu isə birmənalı qarşılanmır və müxtəlif aspektlərdən tənqid olunur.

Axar.az xəbər verir ki, ilahiyyatçı Tural İrfan Globalinfo.az-a açıqlamasında maddi imkanı yüksək olan, qazancının zəkatını, sədəqəsini verən, halal qazanan, yaxını ac olmayan müsəlmana bu ibadəti yerinə yetirməyin vacib olduğunu bildirib.

“Həcc ziyarət deyil, ibadətdir. Bəzi insanlar isə şan-şöhrət, ad qazanmaq, imtiyaz sahibi olmaq üçün ora gedirlər. Demək olar, Allah üçün Həccə gedən yoxdur. Pulu olan imansız, imanı olan da pulsuzdur. Qiymətin baha olması Səudiyyə Ərəbistanının Qərbin ideoloji dairələrinin təsirində olması ilə əlaqədardır. Həccə gedənlərin sayını ildən-ilə azaltmaq, Ərəbistanı dünyəvi qaydalara keçirmək istəyirlər. Qərbin böyük ideoloji planı var – Kəbəni İordaniyaya köçürüb yerində isə ticarət mərkəzləri bərpa etmək. Bunun üçün Kəbənin İordaniyanın Petra şəhərində olduğunu iddia edən “Əhmədi sülh və nur dini” adlı qondarma din də yaradıblar. Hətta bu, ölkəmizdə də geniş yayılır”, - o deyib.

İlahiyyatçı bildirib ki, Həcci ziyarət kimi təqdim edənlər onun turizm səfəri olduğunu demiş olurlar:

“Qiymətlərin bu formada olması soyğunçuluq və rüşvətxorluqdur. Heç ABŞ-a səfər edib 10 gün qalan adamın bu qədər xərci çıxmır. Həcci artıq ibadət olmaqdan çıxarıb biznesə çeviriblər. İnsanlar bununla günahlarını yuduqlarını zənn edirlər, amma əksinə, daha böyük günah qazanırlar. 10 min manata elə yaxşılıqlar etmək olar ki, min Həcc savabından artıq sayılar. Adamlar bunu yox, şöhrət və “Həci” adı istəyirlər. Allahın boynuna da atırlar ki, əmr edib. Bunun hamısı Allaha iftiradır”.

Qeyd edək ki, bu il Həccə gedişlər 25-30 may tarixlərində baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://axar.az
archiveBu xəbər 07 Mart 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri