Icma.az
close
up
RU
Azərbaycanda kilsələrin bərpası əsl milli dəyərlərin göstəricisidir İlahiyyatçı

Azərbaycanda kilsələrin bərpası əsl milli dəyərlərin göstəricisidir İlahiyyatçı

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ordumuz müharibədə belə dinc insanlara toxunmadı


Qafqaz Müsəlmanları İdarəsi və Azərbaycandakı Dini Konfessiyalar Anım Gününün 5-ci ildönümünə həsr edilən iclas keçiriblər. Şeyxülislam Allahşükür Paşazadə vurğulayıb ki, Bakının mərkəzində erməni kilsəsini qoruyub saxlayan dövlətimiz Şuşada məscidlərimizlə yanaşı pravoslav və erməni kilsəsini bərpa edir. Onun sözlərinə görə, bu, Azərbaycan xalqının, Azərbaycan dövlətinin multikultural siyasəti, mənəvi üstünlüyüdür. Şeyx bildirib ki, müstəqil Azərbaycanın timsalında məzhəblərarası anlaşma və qardaşlığın nadir nümunəsi bütün dünyaya model olaraq təqdim olunur: 

"Bu, Azərbaycan dövlət başçısının yeritdiyi siyasətin daha bir uğurlu nəticəsidir. Ali dini rəhbərlərlə azad Qarabağa səfər edərkən işğal dövründə törədilənləri əyani şəkildə nümayiş etdirməklə, habelə Ümumdünya Kilsələr Şurası ilə əməkdaşlıq edərək onları mütəmadi şəkildə Azərbaycan həqiqətləri ilə tanış etməklə biz erməni kilsəsinin anti-Azərbaycan təbliğatını, bugünədək davam etdirdikləri revanşizm ruhlu dezinformasiyalara qarşı tutarlı faktlar qoyuruq". QMİ sədri qeyd edib ki, ölkəmizin adı dünya miqyasında dinlərarası dialoqla yanaşı, islamdaxili anlaşma müstəvisində örnək olaraq vurğulanır: "İslamdaxili dialoqun üzləşdiyi problemlər və onların aradan qaldırılması yollarının araşdırılması məsələlərinə həsr olunmuş Bəhreyn tədbirində müstəqil Azərbaycanın timsalında məzhəblərarası anlaşma və qardaşlığın nadir nümunəsi bütün dünyaya model olaraq təqdim olunur. Bu, Azərbaycan dövlət başçısının yeritdiyi siyasətin daha bir uğurlu nəticəsidir".


İlahiyyatçı Hacı Atif İsmayılov "Şərq"ə açıqlamasında deyib ki, Şeyxülislam həzrətlərinin vurğuladığı fikirlər islam dininin humanist prinsiplərinə söykənir. Ekspert vurğulayıb ki, bu yanaşma bizim milli-mənəvi dəyərlərimizin əsasını təşkil edir: 

"Qarabağda Zəfərimiz milli kimliyimizi, həqiqətlərimizi, dəyərlərimizi də ortaya qoydu. Erməni faşistlərindən fərqli olaraq Azərbaycan əsgəri heç vaxt dinc insanlara, müqəddəs sayılan məbədlərə qarşı alçaldıcı addım atmayıb. Vandalizm hərəkətləri ilə "iz qoyanlar" məhz erməni quldurları olublar. Müharibə vaxtı belə erməni vəhşiləri Gəncəni, Tərtəri, Bərdəni vurur, mülki sakinləri hədəf alırdılar. Buna rəğmən, Azərbaycanın şanlı Ordusu heç zaman dinc erməniləri hədəf görməyib, ancaq hərbi istehkamları, hərbi mövqeləri vurublar. Yəni müharibə gedən günlərdə belə nəyinsə arxasına sığınıb torpalarımızdakı başqa dinlərə məxsus məbədləri dağıtmamışıq. Azərbaycan dövləti bütün dövrlərdə dinindən, irqindən asılı olmayaraq öz inanclı vətəndaşlarının ibadət etdikləri məbədlərin qorunmasına xüsusi önəm verib. Nəinki onları dağıdıb, boşaldıb, istifadəsiz qoyub, əksinə, onlara can verib, ən gözəl şəkildə təmir etdirib". 


Alim vurğulayıb ki, ölkəmizdə firavan həyat yaşayan xristianlıq dininə mənsub insanlarımız, o cümlədən yəhudilər özləri xüsusi vurğulayırlar ki, Azərbaycan dünyanın ən tolerant ölkəsidir:

"Bu, bizim kimliyimizdir, milli-mənəvi dəyərlərə bağlılığımızın göstəricisidir. Məhz ermənilərə məxsus kilsəyə toxunulmaması, əksinə, bərpa olunması da bunun bariz nümunəsidir. Hazırda Ermənistanla Azərbaycan sülh danışıqları mərhələsindədir. Ancaq ermənilərlə müharibə şəraitində olarkən, torpaqlarımız işğal altında ikən belə biz onlar kimi vandal hərəkətlərə rəvac verməmişik. Bizi ermənilərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri məhz budur. Əmin olun, çox nadir ölkələrdə belə mənzərə ilə qarşılaşmaq mümkündür. Şeyx həzrətləri də bunu böyük qürurla dilə gətirir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Sentyabr 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see193

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see148

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see137

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri