Icma.az
close
up
RU
Azərbaycanda yeni ilin ilk gününə olan hava proqnozu açıqlanıb Doğru Xəbərlər

Azərbaycanda yeni ilin ilk gününə olan hava proqnozu açıqlanıb Doğru Xəbərlər

Azərbaycanda yeni ilin ilk gününə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a bildirilib ki, yanvarın 1-də hava şəraiti əsasən yağmursuz keçəcək.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 771 millimetr civə sütunu, nisbi rütubət isə 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gecə yüksək dağlıq ərazilərdə arabir yağıntılı, bəzi yerlərdə arabir duman olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 1-6° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 2-7° isti olacaq.

DOĞRU.AZ

seeBaxış sayı:44
embedMənbə:https://dogru.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri