Icma.az
close
up
RU
Azərbaycanda yeni nazirliyin yaradılması təklif edildi İlginc ad

Azərbaycanda yeni nazirliyin yaradılması təklif edildi İlginc ad

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Bir neçə dəfə çıxışlarımda demişəm ki, gəlin yeni nazirlik yaradaq. Adı problemlərin həlli nazirliyi olsun.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, uzun illər boyu Azərbaycan vətəndaşı müxtəlif məsələlərin həllində, sadə sənədlərin əldə edilməsində çox vaxt itirirdi:

“Bəzən bir arayış, bir icazə və ya bir sənəd üçün günlərlə, hətta həftələrlə gözləməli olurdu:

“Bu isə vətəndaş məmnunluğuna mənfi təsir göstərirdi. Lakin ölkə rəhbərliyinin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” modeli bu sahədə inqilabi dəyişikliklərə səbəb oldu. Mən qətiyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan vətəndaşı məmnunluğun ən yüksək səviyyədə təmin olunduğu bir sistemə sahibdir.

“ASAN xidmət” modeli vətəndaşı süründürməçilikdən, bürokratik əngəllərdən və bəzən müşahidə olunan korrupsiya elementlərindən azad etdi. Bu gün artıq vətəndaş pasport almaq, şəxsiyyət vəsiqəsini yeniləmək, mülkiyyət sənədlərini həll etmək üçün idarə qapılarında günlərlə növbə gözləməyə məcbur deyil. Bu model bir daha göstərdi ki, dövlət-vətəndaş münasibətlərində şəffaflıq və çeviklik mümkündür. “ASAN xidmət” həm də onu sübut etdi ki, dövlət xidmətlərinin təşkilində məmnunluq göstəricisi əsas prioritet olmalıdır.

Əgər bu modeli simvolik şəkildə izah etsək, “ASAN xidmət” də dörd hərfdən — eynilə bir AYNA -da dörd hərfdən ibrətdir. Lakin “ASAN xidmət” bu gün vətəndaşa şəffaf baxış təqdim edir, vətəndaş isə orada özünü, hüquqlarını və dövlətin diqqətini aydın şəkildə görür.

“ASAN xidmət”də hər bir sorğuya operativ cavab verilir, hər bir tənqid və ya şikayət dərhal dəyərləndirilir. Təəssüf ki, digər qurumlarda hələ də bu yanaşmanı tam görmürük.

Bu baxımdan düşünürəm ki, müzakirə etdiyimiz qanun layihəsi bu modelin daha da genişlənməsinə, dövlət idarəçiliyinin çevik və şəffaf fəaliyyətinə xidmət edəcəkdir.

Eyni zamanda, məncə, “ASAN xidmət indeksi” ideyasının formalaşması çox müsbət haldır. Lakin bu təşəbbüsü təkcə bir qurumla məhdudlaşdırmadan, “Dövlət Xidmətləri İndeksi” adı ilə ümumiləşdirmək daha məqsədəuyğun olardı. Bu, bütövlükdə dövlət sistemində xidmət keyfiyyətinin ölçülməsi və inkişafına töhfə verəcəkdir”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Oktyabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri