Icma.az
close
up
RU
Azərbaycanda marqarin istehsalının artmasının İLGİNC SƏBƏBİ

Azərbaycanda marqarin istehsalının artmasının İLGİNC SƏBƏBİ

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Son statistik məlumatlara görə, Azərbaycanda marqarin istehsalı 3,3 faiz artaraq 31 653,5 ton olub. Kərə yağının istehsalı isə 17 886,4 ton təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz azalıb.

Mövzu ilə bağlı Bakupost.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, marqarin istehsalının artması əsasən, qiymət faktoru ilə bağlıdır, çünki o, kərə yağına nisbətən daha ucuzdur.

Onun sözlərinə görə, marqarinin tərkibində insan sağlamlığı üçün təhlükəli yağlar var:

“Marqarinlərdə yüksək miqdarda trans yağ var. Bu yağlar damarların sərtləşməsinə, ürək-damar xəstəliklərinə, xolesterol balansının pozulmasına (pis LDL-in artması, yaxşı HDL-in azalması) səbəb olur.

Marqarin bitki yağlarının süni olaraq bərkiməsi (hidrogenləşdirilməsi) nəticəsində alınır. Bu proses yağın təbii strukturunu dəyişdirir, həzmi çətinləşdirir və orqanizmdə metabolik pozğunluqlara gətirə bilər”.

F.Səfərov qeyd edib ki, marqarinin daimi istifadəsi ürək-damar xəstəlikləri, piylənmə, insulin müqaviməti və hətta xərçəng riskini artıra bilər:

“Daimi marqarin istifadəsi damar divarlarında iltihabı artırır və ateroskleroz (damar tıxanması) riskini yüksəldir. Dünya Səhiyyə Təşkilatı trans yağların hər il milyonlarla insanın vaxtsız ölümünə səbəb olduğunu bildirir. Trans yağlarla zəngin qidalar qarın piylənməsini artırır və insulin müqavimətini gücləndirərək şəkərli diabet riskini yüksəldir. Həmçinin immuniteti zəiflədə, qaraciyərə əlavə yük sala bilər. Xərçəng riskini (məsələn, döş və prostat xərçəngi ilə əlaqə) artırdığına dair bəzi araşdırmalar da var”.

Lalə Novruz,

BakuPost


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 16 Sentyabr 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri