Icma.az
close
up
RU
Azərbaycanda yeni qanun Heç bir şirkət əsl sahibini GİZLƏDƏ BİLMƏYƏCƏK

Azərbaycanda yeni qanun Heç bir şirkət əsl sahibini GİZLƏDƏ BİLMƏYƏCƏK

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu ilin may ayında qəbul edilən yeni qanuna görə, Azərbaycanda şirkətlər “gerçək sahibləri” barədə daha şəffaf məlumatları təqdim etməlidir. 2025-ci il mayın 15-dən qüvvəyə minmiş yeni qanun dəyişikliyi ilə hüquqi şəxslərin, yəni şirkətlərin və təşkitların arxasında kimlərin dayandığı, onları kimlərin idarə etdiyi, kimlərin qazanc götürdüyü aydın şəkildə müəyyən ediləcək.

Dəyişikliyinə əsasən, şirkətlər öz benefisiar mülkiyyətçiləri barədə məlumatları dövlət orqanlarına təqdim etməli olacaqlar.

Benefisiar mülkiyyətçi nədir?

Modern.az-ın məlumatına görə, qanunda deyilir ki, benefisiar mülkiyyətçi son nəticədə hüquqi şəxsə və ya xarici hüquqi təsisata nəzarəti həyata keçirən və ya hüquqi şəxsin, yaxud xarici hüquqi təsisatın əsl sahibi olan və (və ya) xeyrinə əməliyyat aparılan və (və ya) əqdlər bağlanılan, habelə son nəticədə hüquqi şəxs və ya xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən fiziki şəxs və ya şəxslər nəzərdə tutulur. 

Daha sadə formada desək, benefisar mülkiyyətçi şirkətin arxasındakı həqiqi sahibdir. Yəni sənəd üzərində deyil, son nəticədə o şirkətə nəzarət edən və qazanc götürən fiziki şəxsdir. Məsələn, şirkətin sahibi A adlı şəxsdir, amma bütün qərarları qəbul edən və qazanc götürən şəxs B-dirsə, burada B adlı şəxs benefisiar mülkiyyətçi hesab edilir.

Kimlər benefisiar mülkiyyətçi hesab olunur?

Yeni qanunvericiliyə əsasən, hüquqi şəxsə nəzarət edən və ya ondan gəlir götürən aşağıdakı şəxslər benefisiar mülkiyyətçi hesab edilir:

Şirkət payçısı olan şəxs – əgər fiziki şəxs bir hüquqi şəxsin nizamnamə kapitalının və ya səsvermə hüququnun azı 10 faizinə sahibdirsə, o, benefisiar mülkiyyətçidir;

Dolayı nəzarət edən şəxs – şirkətə birbaşa deyil, vasitəçi qurumlar və ya şəxslər üzərindən nəzarət edən və qərarları yönləndirən şəxs də benefisiar sayılır;

Müqavilə əsasında təsir göstərən şəxs – rəsmi pay sahibi olmasa belə, müqavilə və ya başqa hüquqi əsasla şirkət qərarlarına mühüm təsir göstərən şəxs benefisiar hesab edilir;

Rəhbər şəxs – əgər benefisiar mülkiyyətçi müəyyən edilə bilmirsə, həmin şirkətə rəhbərlik edən şəxs (məsələn, direktor və ya icraçı) benefisiar kimi tanınır;

Xarici hüquqi təsisatlarda – trast və ya oxşar xarici qurumlar üçün təsisçi, idarəçi, benefisiar (və ya benefisiarlar qrupu), habelə effektiv nəzarəti həyata keçirən istənilən fiziki şəxs benefisiar sayılır.

Yeni qaydalara görə, artıq hər bir hüquqi şəxs və xarici şirkətlərin Azərbaycandakı nümayəndəlikləri real sahibləri, yəni benefisiar mülkiyyətçiləri barədə dəqiq və təsdiqlənmiş məlumatlara malik olmalı, həmin məlumatları lazımi qurumlara təqdim etməlidir. Bu məlumatlar şəxsin adı, soyadı, doğum tarixi, vətəndaşlığı, yaşayış ünvanı və şirkətə təsir imkanlarını əhatə edir. Əgər həmin şəxs siyasi vəzifə tutan biri ilə qohumluq və ya yaxın münasibətdədirsə, bu da qeyd olunmalıdır.

bütün şirkətlərə də şamil olunur. Müəssisələrin ölçüsünə görə məlumat təqdim etmək üçün son tarixlər müəyyən olunub. İri sahibkarlıq subyektləri bu məlumatları 2025-ci ilin sonunadək, mikro sahibkarlar isə 2027-ci ilin sonunadək təqdim etməlidirlər.

Yeni tələblər “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna uyğun olaraq qəbul edilib və beynəlxalq maliyyə təhlükəsizliyi standartlarına uyğunluq məqsədi daşıyır. Məlumatların ictimaiyyətə açıq olmayacağı, yalnız aidiyyəti dövlət qurumlarının bu məlumatlara çıxış imkanının olacağı da qeyd edilib.

Maliyyə monitorinqi orqanı təqdim edilən məlumatları yoxlamaq səlahiyyətinə malikdir. Əgər şübhəli məqamlar aşkar olunarsa, şirkətdən əlavə sənədlər tələb edilə bilər və bu sənədlər 3 iş günü ərzində monitorinq orqanına təqdim edilməlidir.

Bundan sonra Azərbaycanda yeni şirkət qurmaq istəyənlər qeydiyyat zamanı öz benefisiar mülkiyyətçiləri barədə ətraflı məlumat verməli olacaqlar. Bu yanaşma həm şəffaflığın artırılması, həm də çirkli pulların yuyulması və maliyyə cinayətlərinə qarşı mübarizənin gücləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilir.

Hüquqi şəxslər üçün məlumat təqdim etmə müddətləri aşağıdakı kimidir:

İri sahibkarlıq subyektləri üçün - 31 dekabr 2025-ci il tarixinədək;

Orta sahibkarlıq subyektləri üçün - 30 iyun 2026-cı il tarixinədək;

Kiçik sahibkarlıq subyektləri üçün - 31 dekabr 2026-cı il tarixinədək;

Mikro sahibkarlıq subyektləri üçün - 31 dekabr 2027-ci il tarixinədək;

Qeyri-hökumət təşkilatları və dini qurumlar üçün - 30 iyun 2026-cı il tarixinədək.

Qeyd edək ki, məlumat təqdim etməyən hüquqi şəxslər barədə müxtəlif cəzalar nəzərdə tutulub.

Elnur Əmirov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Avqust 2025 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri