Icma.az
close
up
RU
Heç bir dövlət qurumu büdcə pulunu gizlədə bilməyəcək Yeni sistem yaradılır

Heç bir dövlət qurumu büdcə pulunu gizlədə bilməyəcək Yeni sistem yaradılır

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezident İlham Əliyevin imzaladığı yeni fərmana əsasən, “Rəqəmsal dövlət maliyyəsi” sistemi yaradılır.

Bu sistemlə büdcəyə gələn bütün pullar - vergilər, gömrük, rüsumlar, dövlət şirkətlərinin mənfəət və dividendləri vahid mərkəzdə izlənəcək. Həmçinin dövlət qurumlarının maaşları, layihələri, investisiya xərcləri və satınalmaları elektron qaydada aparılacaq. Artıq dövlətin pulu necə yığılır, necə xərclənir – hamısı rəqəmsal nəzarətə götürüləcək.

Yeni sənəd dövlət büdcəsinin gəlir və xərclərinin şəffaf izlənməsi, maliyyə intizamının gücləndirilməsi və rəqəmsal nəzarət mexanizmlərinin tətbiqini nəzərdə tutur.

Maliyyə Nazirliyi yeni sistem çərçivəsində dövlət şirkətlərinin illik və ortamüddətli büdcə layihələrinin, gəlir və xərclər smetalarının icrasını müntəzəm monitorinq edəcək və nəticələri Prezidentə təqdim edəcək. Dövlət investisiya layihələrinin maliyyə ekspertizası aparılacaq, büdcədən ayrılan vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət gücləndiriləcək.

Fərman həmçinin satınalma proseslərinin yalnız elektron müqavilələr əsasında aparılmasını tələb edir. Dövlət qurumlarının ştat vahidləri, maaş fondları və struktur xərcləri də maliyyə ekspertizasından keçiriləcək və optimallaşdırılacaq.

Yeni qaydalarla dövlət şirkətlərinin mənfəətinin bölüşdürülməsi və dividend siyasəti üzrə vahid parametrlər müəyyən ediləcək. Dövlət pullarının təyinatı üzrə istifadə edilməməsi hallarına görə məsuliyyət isə sərtləşdiriləcək.

Maliyyə Nazirliyi ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yeni sistemin texniki təhlükəsizliyini və elektron hökumət platformalarına inteqrasiyasını təmin edəcək

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Rəqəmsal dövlət maliyyəsinin əsas məqsədi bütövlükdə maliyyə sistemində şəffaflığın daha da gücləndirilməsinə nail olmaqdır:

“Ümumiyyətlə, şəffaflığın gücləndirilməsi iqtisadi siyasətin prioritetlərindən biridir. O cümlədən büdcə vəsaitlərinin daha şəffaf xərclənməsi üçün elektron sistem qurulur. Yeni sistemin qurulması proseslərin daha da elektronlaşmasına, eyni zamanda informasiyaların toplanmasına, onların daha asan işlənməsinə şərait yaradacaq”.

Deputat vurğulayıb ki, prezident tərəfindən imzalanan son fərman dövlət maliyyəsində daha şəffaf, daha səmərəli mexanizmlərin qurulmasına, xüsusən də, informasiyalara əlçatanlığın artırılması, qurumlarda büdcə vəsaitlərinin şəffaf xərclənməsinə imkan yaradacaq:

“Büdcə vəsaitlərinin şəffaf xərclənməsi eyni zamanda büdcə vəsaitlərinin səmərəliliyi və qənaət baxımından vacibdir. Həm də bu, sosial istiqamətə büdcədən daha çox vəsaitin ayrılmasına imkan yarada bilər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Avqust 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri