Azərbaycanda yeni salınan intensiv qoz bağlarına görə fermerə dövlət dəstəyi veriləcək AZƏRTAC
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycanda yeni salınan intensiv qoz bağlarının hər hektarına görə fermerə dövlət dəstəyi veriləcək.
Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dövlət dəstəyi mexanizmlərinin genişlənməsi ölkədə intensiv qoz bağlarının sahəsinin artmasına müsbət təsir göstərəcək.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək ən azı 5 hektar sahədə salınmış, müasir suvarma sistemi ilə təmin olunmuş, hər hektarda 250 sertifikatlı ting əkilmiş intensiv qoz bağlarına görə birdəfəlik əkin subsidiyasının verilməsi nəzərdə tutulur.
Qeyd olunan müddətdə salınan intensiv qoz bağlarının hər hektarına görə fermerə 3300 manat əkin subsidiyası ödəniləcək.
Birdəfəlik əkin subsidiyasının verilməsində məqsəd intensiv bağlar salınmasına çəkilən xərclərin bir hissəsinin dövlət tərəfindən qarşılanması, intensiv bağların sahəsinin genişləndirilməsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 17 Noyabr 2024 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















