Yeni salınacaq intensiv armud bağlarına görə fermerlərə hər hektara 8000 manat dövlət dəstəyi veriləcək AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 16 noyabr, AZƏRTAC
Azərbaycanda intensiv meyvə bağlarının salınmasına dövlət dəstəyi tədbirləri davam etdirilir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Aqrar Subsidiya Şurasının qərarına əsasən, sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan armud bağlarının hər hektarına görə, fermerlərə 8000 manat əkin subsidiyası veriləcək.
Armud bağlarına birdəfəlik əkin subsidiyasının Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan və Qarabağ iqtisadi rayonlarında dəniz səviyyəsindən 250 metrdən hündür ərazilərdə, ən azı 3 hektar sahədə salınacaq bağlara verilməsi nəzərdə tutulur.
Bu kateqoriyadan olan armud bağları müasir suvarma sistemləri ilə təchiz edilməli, hər hektarda ən azı 2450 sertifikatlı ting əkilməlidir.
Qeyd olunan tarixlərdə salınan, lakin yuxarıdakı tələblərdən ən azı birinə cavab verməyən armud bağlarına görə isə hər hektara 800 manat əkin subsidiyası verilməsi nəzərdə tutulur.
2021-ci il sentyabrın 1-dən əvvəl salınmış armud bağlarının hər hektarına görə 310 manat subsidiya ayrılacaq.
Qeyd edək ki, intensiv bağlarının sahəsi artdıqca, xarici bazarlara meyəv ixracında da artım qeydə alınır. Bu ilin yanvar-oktyabr aylarında ölkəmizdən xarici bazarlara 48 milyon dollar dəyərində 75,156 ton alma, armud və heyva ixrac olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 16 Noyabr 2024 12:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















