Icma.az
close
up
RU
Azərbaycanda yeraltı bunkerlər və sığınacaqlar tikilə bilər VACİB AÇIQLAMA KONKRET

Azərbaycanda yeraltı bunkerlər və sığınacaqlar tikilə bilər VACİB AÇIQLAMA KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Dünyada artan hərbi gərginlik və regional münaqişələr fonunda bir çox ölkələrdə mülki müdafiə məsələsi yenidən gündəmə gəlib. Xüsusilə, müharibə risklərinin müzakirə edildiyi bir dövrdə əhalinin təhlükəsizliyi üçün sığınacaqların mövcudluğu və onların vəziyyəti cəmiyyət üçün vacib suallardan birinə çevrilib. Azərbaycanda da mümkün fövqəladə vəziyyət və ya hərbi təhlükə zamanı insanların harada və necə qorunacağı məsələsi maraq doğurub. Ölkədə mülki müdafiə sistemi çərçivəsində sığınacaqların olub-olmaması, onların sayı, vəziyyəti və əhalinin bu məkanlar barədə məlumatlılığı müzakirə edilməli mövzulardandır.

Sovet dövründə tikilmiş sığınacaqların hazırkı vəziyyəti necədir? Yeni yaşayış binalarında belə, sığınacaqlar nəzərdə tutulurmu, fövqəladə vəziyyət zamanı əhali necə istiqamətləndiriləcək. Mövzu həm də ictimai maarifləndirmə baxımından əhəmiyyətlidir, çünki bir çox vətəndaş fövqəladə vəziyyət zamanı hansı addımları atmalı olduğunu bilmir. Bu gün bir çox müasir binalarda sığınacaq üçün nəzərdə tutulan yeraltı bunkerlər ya qarajlarla, ya da mağazalarla əvəz olunub.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirib:

Üzeyir Cəfərov

“Toxunduğunuz mövzu çox vacib bir məsələdir. Bunun üzərində təcili işlənilməli, yoxlamalar aparılmalıdır. Bu, təkcə paytaxt Bakı yaxud da Gəncə və Sumqayıtla məhdudlaşmamalıdır”.

“Bütün ölkə ərazisində regionda baş verən proseslərin fonunda binaların sığınacaqları və bunkerləri olmalıdır. Bəzi işbaz evtikənlər bu barədə anlayışa malik deyillər. Nə qədər insan övladı yaşayır, dünyada raketlər var, bunkerlər mütləq tikilməlidir. Öz də sığınacaqlar tam təchizli, hazır vəziyyətdə olmalıdır. Çünki insan orada 1 gün də, 1 həftə də qala bilər, — deyə polkovnik qeyd edib.

“İran 8 gündür ki, raket atəşinə məruz qalıb. İranın hərbçiləri Amerikanın bazalarını Yaxın Şərqdə bombalayır. Bunlar hamısı o anlama gəlir ki, nə qədər silah-sursat dünyada olacaqsa, o qədər də insanlara təhlükələr yaranacaq”.

Qurumlara müraciət edən Ü. Cəfərov deyib.

“Fövqəladə Hallar Nazirliyi (FHN) bu məsələdə avanqard olmalıdır. Bu dəqiqə ölkədə körpədən tutmuş hər bir şəxsin təhlükə anında harada və necə qorunacağı, müdafiə ediləcəyi məsələsi formal deyil, praktiki həllini tapmalıdır. FHN-in tabeliyində olan Mülki Müdafiə idarələri var ki, onların hər biri bu məsələdə məsuliyyətlərini dərk etməlidirlər. Biz, publik-mətbuatda bəzi məsələləri tam çılpaqlığı ilə demirik. Amma insanlar maarifləndirilməlidirlər. Bu işi görməli olan, buna görə dövlətdən ciddi məvaciblər və maliyyə dəstəyi alan QHT-lər, rəsmilər çıxıb açıqlama verməli və işlər görməlidirlər. Bu məsələ ilə bağlı Milli Məclisdə müzakirə olunmalı və təcili addımlar atılmalıdır”.

“Naxçıvana qarşı həyata keçirilən bu terror aktı Azərbaycan insanına sanki bir xəbərdarlıqdır. Naxçıvan ilk siqnaldır və bunu ciddi qəbul etmək lazımdır. Çünki sağımızda və solumuzda narahat qüvvələr var. Bu məsələdə sizin addımınızı alqışlayıram və məsələ ən yüksək səviyyədə həll edilməlidir. İcra başçıları geyinib-keçinib haradasa poz verməməlidirlər, iş görməlidirlər. Çünki insanların həyatına cavabdehlik daşıyan şəxslərdir”, — hərbi ekspert sonda vurğulayıb.

Dəniz Pənahova
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Mart 2026 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see343

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see330

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see315

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see308

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see285

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see272

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see267

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see250

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see238

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see231

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see230

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see226

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see218

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see214

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see213

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see211

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see204

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see202

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri