Icma.az
close
up
RU
Azərbaycanda yüksəkixtisaslı əcnəbilər üçün portal yaradılıb I FOTOLAR

Azərbaycanda yüksəkixtisaslı əcnəbilər üçün portal yaradılıb I FOTOLAR

Icma.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, portalın əsas məqsədləri müasir tələblərə cavab verən yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda işləməsini təşviq etmək, onların bilik və bacarıqlarını ölkənin sosial-iqtisadi inkişafına istiqamətləndirmək, habelə bu sahədə çevik idarəetmə və əlaqələndirmə mexanizmini formalaşdırmaqdır.

DMX rəisi Yüksəkixtisaslı Miqrant Portalının üstünlüklərini açıqlayıb Portal haqqında məlumat verərn Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, proqramda iştirak etmək istəyən əcnəbilər bu portal vasitəsilə qeydiyyatdan keçə, təhsil, iş təcrübəsi, xarici dil bilikləri və digər məlumatlarını təqdim etməklə elektron formada müraciət edə bilərlər.

“Bu sahədə tətbiq olunan meyarlar var. Əcnəbilər qeydiyyatdan keçərkən xüsusi bacarıqlarını qeyd etməklə tələb olunan 100 baldan minimum 70 balı topladığı halda bu həddi keçmiş sayılır. Daha sonra onların bu müraciətlərinə aidiyyəti dövlət qurumları tərəfindən baxılır”.

Qeyd edək ki, yüksəkixtisaslı miqrantların əmək fəaliyyətindən ölkəmizdə səmərəli istifadə edilməsi və onların ölkəyə cəlb edilməsi prosesinin sürətləndirilməsi məqsədilə onlara və ailə üzvlərinə münasibətdə bir sıra güzəştlər tətbiq ediləcək.

Belə ki, yüksəkixtisaslı miqrantlara işgüzar səfər məqsədi ilə giriş vizasının verilməsi, onların müvəqqəti və daimi yaşamaq icazəsi verilən şəxslərin siyahısına daxil edilməsi, Məcəllənin 49.2-ci maddəsində müvəqqəti yaşamaq üçün nəzərdə tutulan müddətin onlara şamil edilməsi, mütəxəssis olduğu sahə üzrə fəaliyyət göstərən yüksəkixtisaslı miqrantların iş icazəsindən azad olması, habelə yüksəkixtisaslı miqrantın ərinə (arvadına) və 23 yaşına çatmamış övladlarına münasibətdə iş icazəsinin verilməsi üçün müəyyən edilən əmək miqrasiyası kvotasının tətbiq edilməməsi nəzərdə tutulur.

DMX rəisi Yüksəkixtisaslı Miqrant Portalının üstünlüklərini açıqlayıb Həmçinin "Dövlət rüsumu haqqında" qanuna əlavə edilməsi nəzərdə tutulan 14.8.2-1-ci və 14.8.5-1-ci maddələrin tələblərinə uyğun olaraq həmin Qanunla müəyyən edilmiş müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və onun müddətinin uzadılmasına görə müəyyən edilmiş müddətlərin yüksəkixtisaslı miqrantlara, onların 23 yaşına çatmamış övladlarına və digər ailə üzvlərinə münasibətdə qısaldılması (müvəqqəti yaşamaq icazəsi vəsiqəsinə görə 5 iş günü, daimi yaşamaq icazəsi vəsiqəsinə görə 10 gün qısaldılması) nəzərdə tutulur.
Bundan başqa, qanunun 18.58-1-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən iş icazəsinin verilməsi və onun müddətinin uzadılmasına görə həmin norma ilə müəyyən edilmiş qısaldılmış müddətin yüksəkixtisaslı miqrantın ərinə (arvadına) və 23 yaşına çatmamış övladlarına da şamil edilməsi nəzərdə tutulur.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://azvision.az
archiveBu xəbər 13 Noyabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri