Icma.az
close
up
RU
Gürcüstan əcnəbilər üçün çətinləşir

Gürcüstan əcnəbilər üçün çətinləşir

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Əcnəbilərin Gürcüstana gəlmə, ölkədə qalma qaydalarını pozması ilə bağlı qanun sərtləşdirilib.

Modern.az xəbər verir ki, yeni qaydalara əsasən, ölkədən çıxarılma proseduru sadələşdirilir və cərimələrin məbləği də artırılır.

Bu gündən qüvvəyə minən qanuna əsasən ölkədə qalma müddətini pozan əcnəbilərə 1000 laridən 3000 lariyədək cərimə tətbiq ediləcək və müəyyən müddət ərzində Gürcüstana girişlərinə qadağa qoyulacaq.

Ölkənin “İnzibati Xətalar Məcəlləsi”nə edilən dəyişikliklərə görə, əcnəbilərin ölkədə qanuni qalma müddəti bitdikdən sonra 3 aya qədər ölkədə qalan əcnəbi 1000 lari cərimələnəcək və 6 ay müddətinə ölkəyə girişinə qadağa qoyulacaq.

Müddəti 1 ilə qədər aşan şəxslərə 2000 lari cərimə tətbiq olunacaq və 2 il müddətinə ölkəyə girişi qadağan ediləcək.

1 ildən çox qanunsuz olaraq Gürcüstanda qalan şəxslərə isə 3000 lari cərimə və 3 il müddətinə giriş qadağası tətbiq ediləcək.

Gürcüstan ərazisində tranzit qaydalarını pozan əcnəbilərə 500 lari cərimə tətbiq ediləcək. Həmçinin əcnəbini qanunsuz əsaslarla dəvət edən və ya xidmət göstərən fiziki və hüquqi şəxslərə xəbərdarlıq və ya 2000 lari cərimə kəsiləcək (əvvəllər bu məbləğ 1000 lari idi).

Gürcüstan “Cinayət Məcəlləsi”nə görə isə oktyabrın 1-dən etibarən Gürcüstan ərazisində cinayət törədən əcnəbilərin ölkədən çıxarılması da sadələşdirilib.

Qanunla az ağır cinayətlər üçün 2 ildən 10 ilədək müddətə ölkəyə giriş qadağan edilə bilər.

Ağır və xüsusilə ağır cinayətlər üçün bu qadağa 5 ildən 20 ilədək və ya müddətsiz ola bilər.

Məhkəmə qərarı ilə əcnəbinin ölkədə qalmasının məqsədəuyğun olmadığı müəyyən edilərsə, deportasiya və giriş qadağası tətbiq ediləcək.

Ekstradisiya prosesi davam edən hallarda deportasiya həyata keçirilməyəcək. Yalnız həmin şəxsin ekstradisiyanı tələb edən dövlətə göndərilməsi istisna təşkil edir.

Xatırladaq ki, bu ilin iyulunda Gürcüstan Parlamenti Daxili İşlər Nazirliyinin hazırladığı “Beynəlxalq müdafiə haqqında” qanunu qəbul edib. Qanun layihəsi ilə yanaşı, miqrasiya, sığınacaq prosedurları və beynəlxalq müdafiə ilə bağlı ümumilikdə 18 qanuna dəyişiklik edilib. Məqsəd qeyri-leqal miqrasiyanın və sığınacaq prosedurlarından sui-istifadənin qarşısını almaqdır. (Mənbə: Azərtac)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Oktyabr 2025 22:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri