Icma.az
close
up
RU
Azərbaycanda zinət əşyaları bahalaşır? AÇIQLAMA

Azərbaycanda zinət əşyaları bahalaşır? AÇIQLAMA

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, dünya bazarında qızıl 0,9 faiz bahalaşaraq yeni tarixi rekorda çatıb.

Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırma üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov Metbuat.az-a açıqlamasında bildirib ki, artım yalnız qızılda deyil, digər qiymətli metallar — gümüş, platin və palladiumda da müşahidə olunur.

Qiymətli metalın bahalaşması məsələsinə toxunan ekspert qeyd edib ki, ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasətinə dair qeyri-müəyyənliklər, qlobal geosiyasi gərginliklərin davam etməsi, eyni zamanda mərkəzi bankların qızıl ehtiyatlarını artırmaq siyasəti qiymət artımının əsas amillərindəndir.

Rövşən Əmircanov qiymət artımının Azərbaycanın daxili bazarına təsiri məsələsinə toxunaraq vurğulayıb ki, qiymətli metallar üzrə daxili qiymətlərin formalaşması bilavasitə qlobal bazardan asılıdır:

“Yəni dünya birjalarında qiymət artdıqda, bu, qısa müddət ərzində Azərbaycan bazarında da öz əksini tapır. Yeni sifariş olunan məhsullardakı qiymət artımlarına gəldikdə isə ən birbaşa təsir idxal edilən və yeni sifariş verilən məmulatlarda özünü göstərir. Satıcılar xammalı daha baha aldıqları üçün məhsulun son qiymətinə də artım əlavə olunur. Hazırda satılan məhsullara və yaxud zərgərlərin əlində olan məhsullara gəldikdə isə, bunlar mövcud ehtiyatlardan formalaşır. Bu səbəbdən mağazalarda artıq satışda olan məhsulların qiymətində dərhal dəyişiklik olmaya bilər. Amma sahibkarlar qlobal qiymət artımını nəzərə alaraq, yavaş-yavaş da olsa, satış qiymətlərini tədricən yuxarı qaldırır və nəticədə həmin məhsulların qiyməti də qlobal bazardakı göstəricilərə uyğunlaşır”.

Hazırda qızıla investisiya qoyuluşunun əlverişli olub-olmaması ilə bağlı suala cavab verən R. Əmircanov son dövrlərdə sikkə və qızıl külçə satışlarında əhəmiyyətli artım müşahidə olunduğunu bildirib:

“Azərbaycanda insanlar qızılı sərvətin qorunması vasitəsi kimi görür və çalışırlar ki, qızıl və sikkə alışlarını çoxaltsınlar. Çünki qızılın qiyməti getdikcə artır və qiymətlərdə də hələ ki, artımın davam edəcəyi gözlənilir”.

Gülbəniz Hüseynli / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:243
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 22 Sentyabr 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see337

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see299

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see293

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see290

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see282

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see275

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see272

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see261

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see251

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see240

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see239

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see234

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see230

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see219

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see214

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see205

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see204

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see192

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri